İsrailin xüsusi təyinatlı qüvvələri Qəzzanın cənubundakı əsas xəstəxana olan mühasirədə olan Nasser tibb kompleksinə reyd keçirib.
Elchi.az bu barədə “BBC News”a istinadən xəbər verir.
İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS döyüşçülərinin içəridə gizləndiyini və israilli girovların cəsədlərinin də orada ola biləcəyini bildirib.
HƏMAS-ın sözçüsü bunu təkzib edərək “yalan” adlandırıb.
Video görüntülərdə tibb işçilərinin tüstü və ya tozla dolu dəhlizdən xərəkdə xəstələri tələsdirdiyi görünür.
srail ordusu bildirib ki, Nasser xəstəxanasının işçilərinə xəstələrin və personalın oranı tərk etmək məcburiyyətində olmadığını və həkimlərin Qəzzalı xəstələrin müalicəsini davam etdirə biləcəklərini təmin ediblər.
Həmasın Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü doktor Əşrəf əl-Quadra bunu təkzib edərək, İsrail əsgərlərinin xəstəxana rəhbərliyini “reanimasiya xəstələrini tibbi avadanlıqsız saxlamağa” məcbur etdiyini deyib.
Nuranə Məmmədova