İsrail ordusunun işğal olunmuş və blokada altında olan Qəzza zolağının Xan Yunus şəhərinə təşkil etdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu 20 fələstinli həyatını itirib, onlarla fələstinli yaralanıb.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri bu gün səhər saatlarında Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin qərbində Salah ailəsinin evini hədəf alıb.
Onlarla köçkün fələstinlinin sığındığı Salah ailəsinin evinə edilən hücumda aralarında qadın və uşaqların da olduğu 14 fələstinli həyatını itirib.
İsrail döyüş təyyarələri də fələstinli qaçqınların yerləşdiyi Xan Yunisdə əkinçilik sahəsində 6 fələstinlini öldürüb, çoxlu sayda insanı yaralayıb.
Digər tərəfdən, İsrail ordusu Qəzza zolağının mərkəzində Əl-Maqazi Qaçqınlar Düşərgəsi və Əl-Məsdər bölgəsində bir çox evi döyüş təyyarələri və artilleriya atəşi ilə vurub.
Bildirilib ki, Əz-Zəvaida bölgəsi də ağır artilleriya və hava hücumlarının şahidi olub.
Şayəstə Hüseynova