İsrail və Fələstin razılığa gəlib

🗓 16.09.2014 22:10 ✍️ "Elçi" qəzeti

BMT-nin vasitəçiliyi ilə İsrail və Fələstin arasında Qəzza zolağında bərpa işlərinə başlanmasına dair razılaşmaimg1599803 əldə olunub.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Robert Cerri bildirib.
Qeyd olunub ki, razılaşma işlərin aparılmasının təhlükəsizliyinə zəmanət verir, həmçinin  görüləcək işlərə nəzarəti Fələstin həyata keçirəcək.
Qeyd edək ki “HƏMAS” hərəkatının lideri Əbu Marzuk bundan əvvəl bildirib ki, onun rəhbəri olduğu qruplaşma İsraillə birbaşa danışıqlar aparmağa məcbur olacaq.
Fələstin lideri Mahmud Abbas isə, öz növbəsində, HƏMAS ilə əməkdaşlığın kəsilməsinin  mümkünlüyünə dair xəbərdarlıq edib.

Bənzər yazılar