İsrail döyüş təyyarələrinin Qəzzada Fələstin silahlı qruplaşmalarına məxsus hərbi bölgəyə hava hücumu təşkil etdiyi bildirilib.
Elchi.az xəbər verir ki , İsrail təyyarələri Qəzzanın mərkəzi hissəsində Fələstin silahlı qruplaşmalarına aid hərbi bölgəyə bir-birinin ardınca hücum edib.
Fələstin Səhiyyə Nazirliyi hücumda ölən və ya yaralananların olub-olmaması ilə bağlı açıqlama verməyib.
Hücum şiddətli partlayışlara və ətrafdakı evlərə ziyan vurub.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları açıqlamasında bildirib ki, hava hücumundan müdafiə qüvvələri səhər saatlarında Qəzza zolağı üzərində yer-hava raketləri və zenit raketləri ilə İsrail təyyarələrinə cavab verib.
İsrail ordusundan verilən açıqlamada, Qəzzadan sərhədə yaxın yəhudi yaşayış məntəqələrinə doğru 2 raket atıldığı və bunun hava hücumundan müdafiə sistemi tərəfindən qarşısı alındığı açıqlanıb.
Dünən səhər saatlarında İsrail qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqında 9 fələstinli həlak olub.
İsrail əsgərlərinin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə açdığı atəş nəticəsində ilin əvvəlindən biri qadın, 5-i uşaq olmaqla ümumilikdə 29 fələstinli həyatını itirib.
Şayəstə