İsrail Dəməşq və Hələb hava limanlarına zərbələr endirib. Elchi.az xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti məlumat yayıb.
“Suriya müdafiə qüvvələri hücuma cavab olaraq yerləşdirilib”, – deyə nəşr bildirib.
“Arab48” xəbər verir ki, hava limanları sıradan çıxıb. Uçuş zolaqlarına ciddi ziyan dəyib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Suriyadan atılan atəşə cavab olaraq artilleriya və minaatanlardan atəş açıb.
Havar Şəfiyeva