İsrail Silahlı Qüvvələri Qəzza zolağının 77%-nə nəzarət edir

Qətərin "Əl-Cəzirə" telekanalı Qəzza zolağının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda İsrail silahlı qüvvələri Qəzza zolağının bütün coğrafi ərazisinin 77 faizinə faktiki nəzarət edir.
Elchi.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
“Bu, birbaşa qurudan müdaxilələr və işğal qüvvələrinin yaşayış və mülki ərazilərə yerləşdirilməsi, fələstinli mülki şəxslərin evlərinə, məhəllələrinə, torpaqlarına və mülklərinə daxil olmasına mane olan intensiv atışmalarla və ya ədalətsiz məcburi köçürmə siyasəti ilə əldə edilir”, - bəyanatda deyilir.
Agentlik BMT və beynəlxalq ictimaiyyəti İsrailin ekspansiyasını dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.
Qəzza zolağının böyük əksəriyyətinə qarşı davam edən soyqırım, etnik təmizləmə, müstəmləkəçilik, təcavüz və işğal nəzarəti İsrailin bütün beynəlxalq qanun və normaları kobud şəkildə pozaraq, güc yolu ilə “yekun həll yolu” tətbiq etmək siyasi iradəsini əks etdirir”, - Qəzza hökumətinin bəyanatında deyilir.
Yeganə