İsrail Qəzzanın cənubundakı Rəfah şəhərinə gözlənilən quru hücumundan əvvəl bölgəyə sığınan təxminən 1,5 milyon fələstinlini təhlükəsiz olduğu səbəbi ilə çıxarmaq üçün 40 min çadır alacaq.
Elchi.az xəbər verir ki, İsrail addım-addım Rəfah hücumuna hazırlaşır.
“The Times of Israel” qəzetinin yazdığına görə, İsrail Qəzzaya hücumlardan qaçaraq Rəfaha gözlənilən quru hücumundan əvvəl bölgəyə sığınan fələstinliləri çıxarmağa hazırlaşır.
İsrail rəsmisi Təl-Əvivin hücumdan əvvəl fələstinlilərin Rəfah şəhərindən qovulmasına hazırlıq məqsədilə 40 min çadır aldığını təsdiqləyib.
Alınması planlaşdırılan çadırların Rəfaha hücum hazırlıqlarının bir hissəsi olduğunu bildirən rəsminin açıqlaması dünən İsrailin baş naziri Binyamin Netanyahunun quru hücumu üçün tarixin müəyyən edildiyini açıqlamasından sonra gəlib.
Beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ buna qarşı çıxsa da, İsrail HƏMAS-ın dörd batalyonunun Rəfahda yerləşdiyini və regionda qurudan hücum olmadan “müharibənin məqsədlərinə çata bilməyəcəyini” iddia edir.
İsrail uzun müddətdir ki, fələstinliləri bölgədən çıxarmaq planının olduğunu açıqlasa da, Müdafiə Nazirliyi dünən çadırların tədarükü üçün tender elanı dərc edib.
Şayəstə Hüseynova