İşğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tubas şəhərinə İsrail qüvvələrinin hücumu nəticəsində 7 fələstinli yaralanıb.
Elchi.az xəbər verir ki, Şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri çoxlu maşın və əsgərlərlə Tubasa basqın edib.
Basqın zamanı qarşıdurma yaşanarkən İsrail əsgərləri real güllələrlə 7 fələstinlini yaralayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada Tubasda basqın zamanı yaralanan 7 nəfərin xəstəxanada müalicə olunduğu bildirilib.
Xəsarət alanların vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
İsrail qüvvələri oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində reydlərini gücləndirərkən çoxlu sayda fələstinlini həbs edir.
Şayəstə Hüseynova