Bildirilib ki, Qəzza zolağında İsrail rəsmiləri tərəfindən nəzarətə alınan 51 fələstinli qadın İsrailin şimalındakı Damon həbsxanasında saxlanılır.
Elchi.az xəbər verir ki, məsələ ilə bağlı Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Əsirlər İşləri Komitəsi tərəfindən birgə yazılı açıqlama verilib.
Qəzzada nəzarətə alınan 51 fələstinli qadının İsrailin Deymon Həbsxanasında saxlandığı bildirildi və Qəzzada saxlanılan fələstinli qadınların sayının daha çox olduğu, lakin dəqiq məlumatların Deymon Həbsxanasındakılarla bağlı olduğu qeyd edilib.
Saxlanılan fələstinli qadınlarla bağlı məlumatların yalnız adları və ya azadlığa buraxılanların ifadələri ilə məhdudlaşdığı, onların saxlandıqları müddətdə işgəncə və təhqirlərə məruz qaldıqları, faciəvi şəraitdə saxlandıqları bildirildib.
Şayəstə Hüseynova