İsrail-Həmas qarşıdurması 17-ci gününə qədəm qoyub. İsrail mümkün quru əməliyyatından əvvəl Qəzzada hava əməliyyatlarını gücləndirib. Bir gecədə 400-dən çox fələstinlinin həyatını itirdiyi bildirilib. İsrailin müdafiə naziri Qəzzaya quru hücumunun aylar çəkə biləcəyini deyib.
Elchi.az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadalarının 7 oktyabr səhəri “Əqsa tufanı” adı ilə İsrailə qarşı başlatdığı əməliyyatın ardından İsrailin Qəzzaya hücumları 17-ci gündür davam edir.
İsrailin müdafiə naziri Yoav Qalant Hərbi Hava Qüvvələri Əməliyyat Komandanlığının iclasında, “Qəzzada quru əməliyyatı orada son müharibə olmalıdır, çünki ondan sonra HƏMAS olmayacaq. Bu, bir ay, 2 ay, 3 ay çəkə bilər, amma Sonunda orada Həmas olmayacaq”-deyib.
İsrail ordusu mümkün quru əməliyyatından əvvəl Qəzzanı havadan bombardmanlarını gücləndirib.
İsrail təyyarələri Qəzzada Cəbəliyyə, Əl-Bureyc və Nusayrat qaçqın düşərgələrinə və Beyt Lahiya bölgəsində mülki əhalinin yaşadığı bir çox evə hava zərbələri endirib.
Hücumlar nəticəsində 400-dən çox fələstinlinin həyatını itirdiyi bildirilib.
Fələstinin rəsmi xəbər agentliyi olan WAFA-nın şəhərdəki tibbi mənbələrdən verdiyi məlumata görə, ölənlərin 70 faizi uşaqlar, qadınlar və qocalardır.
Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner gələn həftə Kiyev və Moskvaya səfər...





















Son şərhlər