Şərqi Qüdsün 21 yaşlı sakininin atəş açdığı bildirilir.
Elchi.az xəbər verir ki, İsrail polisi Şərqi Qüdsdə sinaqoq yaxınlığında törədilən terror aktından sonra 42 nəfəri saxladığını bildirib. Bu barədə yerli “Times of Israel” qəzeti məlumat yayıb.
Xatırladaq ki, cümə günü, yanvarın 27-də insanlar Yerusəlimdə sinaqoqdan çıxmağa başlayanda terrorçu atəş açmışdı. Yeddi nəfər həlak olub, daha on nəfər yaralanıb. Bildirilib ki, yerli asayiş keşikçiləri tez bir zamanda hücumçunu məhv ediblər.
Polis şənbə günü bildirib ki, hücumla bağlı 42 nəfər saxlanılıb.
Hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, saxlanılanlar arasında atəş açan terrorçunun qohumları və ya tanışları da var, onların Şərqi Qüds sakini 21 yaşlı Əlkam Xayri olduğu üzə çıxıb.
İsrail hüquq-mühafizə orqanları atəşi İsrailin ilhaq etdiyi və fələstinlilərin buranı öz paytaxtları hesab etdiyi şəhərin bir hissəsi olan Şərqi Qüdsün ərəb sakini açdığını bildirib. Bəyanatda deyilir ki, hücumun özü Fələstinin Cenin şəhərinə basqın zamanı İsrail hərbçiləri tərəfindən on fələstinlinin öldürülməsindən sonra baş verib.
Şayəstə