İsrail ordusunda kütləvi fərarilik iddiası

🗓 23.07.2014 10:15 ✍️ "Elçi" qəzeti

Son olaraq 15 əsgərin topuqlarından vurulması iddiaları İsrail KİV nümayəndələrini şübhəyə salıb. ANSimg1608199 PRESS-in məlumatına görə, Qəzza mərkəzli internet saytları İsrail mətbuatına istinadən verdiyi xəbərdə Qəzza döyüşündən qaçmaq istəyən İsrail əsgərlərinin özlərini ayaqlarından vurduğu iddia olunur.

İddia barədə hələ İsrail rəsmilərindən bir cavab gəlməyib

Qeyd edək ki, "Qoruyucu xətt" adı altında 7 İyulda Qəzzanı havadan vurmağa başlayan İsrail ordusu, 17 İyul Cümə axşamı qurudan hücuma keçib.

Hücumların başladığı gündən bu yana Qəzzada 635 adam həyatını itirib, 4 min nəfər yaralanıb.

Ölənlərdən 162-sinin uşaq, 78-nin isə qadın olduğu bildirilir.

Bənzər yazılar