İsrail raket və hava vasitələrinin aşkarlanması məqsədilə ölkənin şimalına radarla təchiz olunmuş zeplin yerləşdirəcək.
Bu haqda İsrail Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
“Skay Dyu” adlanan yeni sistem İsrailə ediləcək hər hansı bir hücum anında uzaq mənzilli raketləri, qanadlı raketləri və PUA-ları müəyyən etmək üçün istifadə olunacaq.
Qeyd edək ki, hazırda İsrail Dəmir Qübbə, Davud Sapandı və Arrou-3 hava hücumundan müdafiə sistemlərinə malikdir.