İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza sektorunda radikal HƏMAS təşkilatının bir neçə silahlı üzvünə zərbə endirib.
Elchi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İDF Qəzza sektorunda HƏMAS terrorçularına zərbə endirib. Bu terrorçular hərbçilərə və İsrail Dövlətinə qarşı çoxsaylı terror hücumları həyata keçirir və hazırlayırdılar”, — deyə açıqlamada bildirilir.
Ordu rəhbərliyi qeyd edib ki, bu zərbə “Bazar ertəsi səhər atəşkəs sazişinin kobud şəkildə pozulmasına cavab olaraq həyata keçirilib, terrorçular Qəzzanın cənubundakı Rafahın şərqindəki yeraltı tuneldən çıxaraq qoşunlara atəş açıblar”.
Məryəm





















