İsrail ordusunun tankları və buldozerləri Qəzza zolağının Xan Yunis şəhərində Nasser xəstəxanasının ətrafındakı qəbiristanlığı dağıdıb.
Elchi.az xəbər verir ki, İsrail ordusuna məxsus tanklar, buldozerlər və zirehli texnika Nasser xəstəxanası yaxınlığından bir neçə yüz metr geri çəkilib.
Məlum olub ki, geri çəkilərkən ardınca böyük dağıntılar qoyan ordu bölgədəki qəbiristanlığı da dağıdıb.
Qəbiristanlıqda çoxlu qəbirlərin dağıdıldığı, bəzi cəsədlərin səpələnmiş olduğu görüldü.
Fələstinlilərin eksqumasiya edilən cəsədləri bir yerə topladığı bildirilib.
Qəbiristanlığın bundan əvvəl də dəfələrlə İsrail döyüş təyyarələri və artilleriya bölmələri tərəfindən bombalandığı və yüzlərlə məzarın dağıdıldığı qeyd edilib.
Şayəstə Hüseynova