İsrail ordusunun Livanın şərqindəki Baalbek vilayətində bəzi hədəflərə hava hücumu təşkil etdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Livan mediasında yer alan xəbərlərdə İsrailin Baalbekdəki bəzi anbarları vurduğu və hücum nöqtəsində böyük dağıntının yaşandığı ifadə edilib.
Hücumdan sonra yayımlanan görüntülərdə hədəf alınan anbarların tamamilə dağıdıldığı və ərazidəki bir çox avtomobilə ciddi ziyan dəydiyi göstərilir.
Hücumda ölən və yaralananların olduğu da bildirilib.
Hizbullah hələlik hücumla bağlı açıqlama verməyib.
İsrail ordusu 2023-cü il oktyabrın 8-dən Hizbullah Hərəkatı ilə qarşıdurmalardan sonra ilk dəfədir ki, Hizbullahın ölkənin şərq bölgəsində Suriya sərhədində yerləşən Baalbek vilayətindəki hədəfləri vurur.
Şayəstə Hüseynova