İsrail ordusunun gecə boyu Qəzza zolağına təşkil etdiyi hücumlarda 100 hədəfi vurduğu bildirilib.
Elchi.az xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, İsrail ordusu gecə ərzində Qəzzaya 100 hücum həyata keçirib.
Hücumlarda HƏMAS üzvü Emced Majid Muhammed Abu Avdenin öldürüldüyü iddia edilib.
Bildirilib ki, İsrail ordusunun 100 hədəfə hücumu “yeraltı tunel, silah anbarı və HƏMAS-ın bir çox komanda mərkəzini hədəf alıb”.
İsrail qüvvələri də bir məscidi bombalayıb və buranın “Həmas tərəfindən müşahidə nöqtəsi və hazırlıq sahəsi kimi istifadə edildiyini” iddia edib.
Şayəstə Hüseynova