İsrail Bankı Qəzzada müharibənin xərcinin ümumi daxili məhsulun (ÜDM) 10 faizinə çata biləcəyini bəyan edib.
Elchi.az xəbər verir ki, Mərkəzi Bankın Pul Siyasəti Komitəsinin faiz dərəcələrini 4,75 faiz səviyyəsində saxlama qərarından sonra Mərkəzi Bankın sədri Amir Yaron yazılı açıqlama verib.
Yaron açıqlamasında Qəzzada müharibənin xərcinin ÜDM-in 10 faizini təşkil edəcəyinin gözlənildiyini qeyd edərək, bura hərbi əməliyyatlar və yenidənqurma ilə bağlı birbaşa xərclərin daxil olduğunu bildirib.
İsraildə 2022-ci ildə ÜDM rəqəmləri 500 milyard dollara çatdı. Yaronun açıqlamalarına görə, müharibənin dəyərinin 50 milyard dollara çatacağı gözlənilir.
“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb
"Bank of America"nın vitse-prezidenti Erin Pyaçenti Nyu-Yorkun Tayms meydanında bıçaqlı hücum nəticəsində həyatını itirib. Elchi.az -ın xəbərinə görə, bu barədə...





















Son şərhlər