Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya media qrupunun rəhbəri Ramin Əhmədovun Ulu Öndər Heydər Əliyevlə bağlı hazırladğı məqalə İsrail mətbuatında yayımlanıb. Xalqcəbhəsi.az xəbər verir ki, İsrailin Thej.ca informasiya agentliyində yayımlanan “Heydər Əliyev və Azərbaycan-İsrail münasibətləri” sərlövhəli məqalədə Ümummilli Liderin İsrail-Azərbaycan münasibətlərinin quurlması və inkişafındakı rolundan söz açılır. İsrail Azərbaycanın ən önəmli strateji müttəfiqlərindən biri olduğu vurğulanan məqalədə İranla mnasibətlərin gərginliyi fonunda İsraildə səfirliyin açılmasından sonra iki ölkə arasındakı münasibələrin daha da inkişaf edəcəyi qeyd edlir. Həmçinin qeyd olunur ki, ümummilli liderin siyasi kursu bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edilir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında qarşılıqlı bu münsibətlər yüksək səviyyəyə çatdırılıb.
Yazıda Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müxtəlif dövlətlərlə yanaşı İsraillə əlaqələrin inkişafına da xüsusi diqqət yetirdiyi, İsrail mətbuatının Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqətlə yanaşdığı qeyd olunur.
Prezident və xanımı Şuşada Musiqi Festivalının açılışında…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər....