İsrail Livanın ölkənin cənubundakı Naqoura şəhərinə doğru iki raket atıb. Elchi.az xəbər verir ki, bu barədə Livanın “Al Wataniya” milli agentliyi məlumat yayıb.
Həmçinin qeyd edilir ki, İsrail kəşfiyyat təyyarələri Naqura üzərində patrul edir. İsrail Dəmir Qübbəsinin nə üçün işə salındığı barədə məlumat yoxdur.
Bundan əvvəl İsrailin beynəlxalq qanunlarla qadağan olunmuş ağ fosforlu sursatlardan istifadə etdiyi məlum olub. “Human Rights Watch” insan haqları təşkilatı bildirib ki, “İDF” Livan və Qəzzanı atəşə tutarkən belə sursatlardan istifadə edib.
Havar Şəfiyeva