İsrail qüvvələrinin aclıq və qıtlığın yaşandığı Qəzzada humanitar yardım gözləyən insanlara atəş açması nəticəsində 6 nəfər ölüb, 83 nəfər yaralanıb.
Elchi.az bu barədə “Anadolu Agentliyi”nə istinadən xəbər verir.
İsrailin aclığa məhkum etdiyi Qəzzanın şimalında yüzlərlə fələstinlinin gecə un yardımı almaq üçün küçələrə çıxmasından sonra İsrail qüvvələri qırğın törədib.
Gecənin qaranlığında işığın olmadığı yollarda gedən və İsrailin hücumları nəticəsində dağılan fələstinlilər bir kisə un almaq üçün Əl-Küveyt qovşağına toplaşıb.
Erkən gələnlər bir kisə un belə ala bilsələr də, bəziləri əliboş qayıdıb, bəziləri bu yolda həyatını itirib.
Qəzzada 2,3 milyon fələstinlini aclığa sürükləyən İsrail qüvvələri Əl-Küveyt qovşağında yardım almaq üçün toplaşan fələstinlilərə atəş açıb.
Digər tərəfdən sosial mediada yayılan videolarda yardım daşıyan yük maşınının İsrail qüvvələrinin hücumu nəticəsində şəhid olan və yaralanan fələstinlilərin daşınması üçün istifadə edildiyi görünür.
TIR yatağında çoxlu sayda ölü və yaralı fələstinli olduğu, bir kisə unu evlərinə aparmaq üçün həyatlarını riskə ataraq İsrail güllələrinin hədəfinə çevrildiyi görüntülərdə əks olunub.
Nuranə Məmmədova