İsrailin xarici işlər naziri Eli Koen çərşənbə günü Seula səfəri zamanı bu ölkənin ikinci Şimali Koreyaya çevrilməsinin qarşısını almaq üçün İranın nüvə proqramını dayandırmağa çağırıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, səfər zamanı Koen Cənubi Koreyanın xarici işlər naziri Park Çin ilə görüşüb.
“Cənubi Koreya nüvə təhlükəsi ilə üz-üzədir. Onlar da bizim kimi nüvə İranının qlobal sülh və sabitlik üçün təmsil edəcəyi təhlükəni anlayır”, – deyə Koen bildirib.
O, Cənubi Koreyalı həmkarı ilə İranın nüvə proqramını cilovlamaq yollarını müzakirə etdiyini, yalnız həqiqi hərbi təhdidlə birləşən ciddi sanksiyaların bunu dayandıracağı fikrini ifadə edib.
Yeganə