İsrail İranın İsfahan şəhərindəki nüvə obyektinə hücum edib.
Elchi.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Təhlükəli maddələrin sızması olmayıb. “Narahat olacaq heç nə yoxdur”, – agentlik bildirib. Məlumata görə, İsrail hücumu iyunun 21-nə keçən gecə həyata keçirib.O, hava hücumundan müdafiə sistemi ilə dəf edilib.
Cümə günü, iyunun 13-də İsrail İranın nüvə obyektlərinə, hərbi bazalarına və komandanlıq məntəqələrinə zərbələr endirərək “Aslan qalxması” əməliyyatına başlayıb . İsrail rəsmiləri bu addımın Tehranın artan nüvə təhlükəsinə cavab olduğunu vurğulayıblar .
Nuranə Məmmədova


















