İsrailin baş naziri Benyamin Netanyahu ölkə parlamentində çıxış edərək bildirib ki, o, Fələstinin radikal HƏMAS hərəkatını nasizmin yeni forması hesab edir. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, həmçinin dünyanı bu təhlükəyə qarşı mübarizədə birləşməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Netanyahu yeni fövqəladə kabinetin ilk iclasında HƏMAS-ı məhv edəcəyinə söz verib. Baş nazir həmçinin əlavə edib ki, fövqəladə hallar kabineti bir komanda və vahid cəbhə kimi gecə-gündüz işləyir.
Havar Şəfiyeva





















Son şərhlər