İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi yəhudi dövləti ilə Fələstinin HƏMAS hərəkatı arasında girovların mübadiləsinə dair saziş bağlamaq hazırlığını qiymətləndirərək qeyd edib ki, bu barədə danışmaq hələ tezdir. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Onun fikrincə, HƏMAS-la konkret məsələdə qarşılıqlı əlaqədə olarkən heç vaxt hərəkatın bəhanələr uydurmaq əvəzinə verdiyi vədləri yerinə yetirəcəyinə tam əmin olmaq olmaz.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə münaqişə tərəflərinin razılığa yaxın olduqlarını, məqsədinin Fələstinin HƏMAS radikal hərəkatının Qəzza zolağında saxladığı girovların azad edilməsi olduğunu bildirib.
Havar Şəfiyeva