İsrail elan etdi: Suriyadan raketlər atılıb

İsrail ordusu Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Suriyadan raket atıldığını iddia edib.
Elchi.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada, beynəlxalq hüquqa görə Suriya ərazisi olan işğal altındakı Qolan təpələrində yerləşən Hispin və Ramat Məqşimim yaşayış məntəqələrində sirenlərin işə salındığı açıqlanıb.
Suriyadan atıldığı iddia edilən iki raketin işğal altındakı Colan təpələrindəki açıq əraziyə düşdüyü bildirilib.
Kanal 12 televiziyası İsrail ordusunun Suriyaya artilleriya atəşi açdığını iddia edib.
İsrail Suriya ərazilərinin işğalını və son hücumlarını dərinləşdirir
İsrail ordusu 1967-ci ildən tutduğu Qolan təpələrinə bitişik bufer zonasını 2024-cü il dekabrın 8-də işğal edib.
İsrail əsgərləri işğalı bufer zonadan kənara çıxararaq paytaxt Dəməşqin 20 kilometrliyinə çatmışdı.
İsrail 2024-cü il dekabrın 8-də Baas rejiminin süqutundan sonra Suriyada devrilmiş rejimə aid onlarla nöqtəni vurub və Suriyada bir çox nöqtəni hücumlarla hədəfə alıb. İsrail aviasiyası mayın 2-də Dəməşqdə Prezident Sarayı yaxınlığındakı bir məntəqəni bombalayıb və eyni günün gecə saatlarında ölkənin 5 əyalətində ən azı 14 hücum həyata keçirib.
Şayəstə Hüseynova