İsrail Xarici Turizm Tur Operatorları Assosiasiyasının prezidenti Yossi Fattal bildirib ki, müharibə səbəbindən İsrail Şimali Koreya kimi qapalı bir ölkəyə çevrilib.
Elchi.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
İsrail Xarici Turizm Tur Operatorları Dərnəyinin prezidenti Yossi Fattal Qəzza zolağına hücumların başlamasından sonra bir çox aviaşirkətin İsrailə uçmaq istəmədiyini və İsrailin Şimali Koreya kimi qapalı ölkəyə çevrildiyini bildirib.
İsrailin “Maariv” qəzetinə açıqlama verən Fəttal Qəzzaya hücumlar başlamazdan əvvəl İsraildə 250 hava yolu şirkətinin fəaliyyət göstərdiyini, lakin bu rəqəmin 45-ə düşdüyünü bildirib.
Nuranə Məmmədova