İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinli yeniyetməni öldürüb.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Hebron şəhərinin Beyt-Aynun qəsəbəsinin girişində 28 yaşlı Basil Vecih əl-Muhtesib adlı şəxsin maşınına atəş açıb.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan və xəstəxanaya çatdırılması əsgərlər tərəfindən əngəllənən Muhtesib həyatını itirib.
Beləliklə, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri və işğalçı yəhudilərin hücumlarında həyatını itirən fələstinlilərin sayı 303-ə çatıb.
İsrail qüvvələri də oktyabrın 7-də Qəzza zolağına hücuma başladıqdan sonra işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığı artırıb.
Şayəstə Hüseynova