İsrailin Qəzzaya hücumlarda BMT-nin Soyqırım Konvensiyasını pozduğu səbəbilə Beynəlxalq Ədalət Məhkəməsində açılan işin ikinci və son gün iclası başlayıb.
Elchi.az xəbər verir ki, İctimai dinləmə Hollandiyanın Haaqa şəhərindəki Məhkəmədə tərəflərin iştirak etdiyi zalda canlı yayımlanır.
Dünən keçirilən iclasın ilk günündə Cənubi Afrikanın İsrailə qarşı soyqırım ittihamı və hücumların dayandırılması üçün ehtiyat tədbirləri tələbləri dinlənilib, bugünkü iclasda İsrail heyəti müdafiə edir.
Şayəstə Hüseynova