İspaniyada yeni qadağa

124

İspaniyada həddindən artıq istidə açıq havada işləmək qadağan edilib.İspaniyada solçu koalisiya hökuməti həddindən artıq isti havalarda açıq ərazilərdə işləməyi qadağan etmək qərarı alacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Baş nazirin müavini və əmək naziri Yolanda Diaz milli mediaya açıqlamasında “Şirkətlərin əməl etməli olduğu müəyyən tədbirləri əmək qanunvericiliyinə tam şəkildə daxil etmək üçün bəzi qanunvericilik dəyişiklikləri edəcəyik. Onlardan biri hava şəraitinə uyğunlaşmaq olacaq”- ifadəsini işlədib.
Diaz, həddindən artıq istilər səbəbiylə 2-ci və 1-ci dərəcəli xəbərdarlıqların (narıncı və qırmızı həyəcan) edildiyi dövrlərdə işçilərin sağlamlığını riskə atmamaq üçün açıq yerlərdə işləməyi qadağan edəcək təcrübələr tətbiq edəcəklərini ifadə edib.
Ölkədəki quraqlıq problemini həll etmək üçün sol koalisiya hökumətinin sabah keçirəcəyi fövqəladə Nazirlər Şurasının iclasında bu məsələnin də müzakirə ediləcəyini qeyd edən Diaz, “İnsanların iqlim dəyişikliyi ilə mübarizə üçün iş standartlarını da dəyişdirməli olduqlarını” müdafiə edib.
Qeyd edilib ki, quraqlığa qarşı yeni tədbirləri elan etmək üçün sabah növbədənkənar toplanacaq Nazirlər Şurası kənd təsərrüfatı işçilərinə və heyvandarlara dəstək paketləri ilə sudan düzgün istifadə ilə bağlı qərarlar qəbul edəcək.

Nuranə Məmmədova