İspaniyada süd istehsalçıları aksiya başlatdı

101

Elchi.az xəbər verir ki,İspaniyada süd istehsalçıları ,ən böyük müştərisi olan fransız brendi Lactalis-Puleva şirkətinin litr başına 9 senti aşağı salmaq cəhdinə etiraz olaraq “Südümü tökürəm” kampaniyasına başlayıblar.
Sənaye işçiləri və fermerlərlə əlaqəli olan Kənd Təsərrüfatı Komitəsinin verdiyi açıqlamada , “Lactalis-Pulevanın hər litr süd üçün 9 sent daha az ödəmə cəhdi sənayedəki müəssisələr üçün ayda 20.000 avro itkiyə səbəb olacaq”.
Artıq 150-dən çox müəssisənin aksiyada iştirak etdiyini açıqlayan süd istehsalçıları, “Puleva bizi südümüzü tökməyə məcbur edir. Çünki o, aşağı qiymətli alış-verişə imkan verəcək yeni müqavilə imzalamaq üçün alışları azaldıb.
Hazırkı vəziyyətdə süd istehsalçılarına verilən qiymətin litri üçün 32 qəpik olduğunu, sənayenin xərclərin artması səbəbindən 40 qəpik tələb etdiyini qeyd edən müəssisələr, aksiyada iştirakın belə davam edəcəyi təqdirdə 400 min litr südün atılacağını müdafiə edib.
İspaniyada bir ildən çoxdur sektorlarının çox çətin vəziyyətdə olduğunu iddia edən və tədbir tələb edən süd istehsalçılarının hərəkətləri sosial mediada böyük əks-səda doğurub.

Nuranə Məmmədova