İspaniyada bir nəfər hantavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Ehtimal olunan infeksiya, daha əvvəl daxilində xəstəlik alovlanması qeydə alınan “MV Hondius” kruiz gəmisi ilə əlaqəlidir.
Elchi.az xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.
Dəqiqləşdirildiyi kimi, söhbət Alikante sakini (ölkənin şərqindəki Valensiya muxtar birliyi) olan şəxsdən gedir.
“MV Hondius” gəmisinin mayın 10-da Kanar adalarına çatacağı gözlənilir. Mövcud məlumatlara görə, gəmidə olan 8 nəfərdə hantavirus aşkar edilib: onlardan 3 nəfərini xilas etmək mümkün olmayıb, daha bir pasiyent isə Yohannesburq xəstəxanasında kritik vəziyyətdədir. Xəstəliyin daha da yayılma riskini azaltmaq üçün sərnişinlərə kabinalarında qalmaları tapşırılıb, lakin uzun inkubasiya dövrü (bir neçə həftə davam edə bilər) səbəbindən yeni halların dərhal üzə çıxmaması ehtimalı var.
Məryəm





















