İspaniyanın Valensiya şəhərində hündürmərtəbəli binada baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 20 nəfər itkin düşüb.
Elchi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Campanar rayonunda 14 mərtəbəli binada yanğın dördüncü mərtəbədən başlayıb, lakin genişlənməkdə davam edib və tezliklə bütün binanı bürüyüb.
Valensiya muxtar icmasının fövqəladə hallar xidmətinin rəhbərinin müavini Xorxe Suares deyib: “Ən pis fərziyyə dörd nəfərin öldüyü təsdiqlənib”.
Nuranə Məmmədova