İspaniya İtaliyanı otel görüşü ilə AB prinsiplərini pozmaqda ittiham edib.
Elchi.az xəbər verir ki, İspaniya Belçikada qeyri-rəsmi AB sammitindən əvvəl bir neçə Avropa lideri üçün oteldə ilkin görüş keçirdiyinə görə İtaliyadan narazılığını bildirib. Madrid bu formatı ümumavropa prinsiplərini pozmaq kimi qiymətləndirib. Bu barədə Onda Cero radiostansiyası rəsmilərə istinadən məlumat verib.
İspaniya hesab edir ki, Almaniya və Belçika ilə birgə təşkil edilən bu görüş AB-nin fundamental prinsiplərini pozur. Məqalədə deyilir ki, İspaniya Baş naziri Pedro Sançesin hökuməti rəsmi forumlardan kənarda bu cür təşəbbüslərin 27 AB üzvü dövləti arasında birliyin möhkəmlənməsinə töhfə vermədiyini vurğulayır.
Qeyd olunur ki, 12 fevralda keçirilən qeyri-rəsmi sammitdə Birliyin sənaye və strateji mövqeyini gücləndirməyə çalışdığı bir vaxtda daha dərin vahid bazar və Avropa iqtisadiyyatlarının rəqabət qabiliyyətinin artırılması müzakirə olunub.
Şayəstə





















