İspaniya Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

83

İspaniyanın Kralı VI Felipe Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Elchi.az xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, istəkli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm”.