Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.
Elchi.az xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
Qeyd edək ki, N.Bağırov Prezident İlham Əliyevin bu il martın 5-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...