İsmayıllıda idman zalında yanğın olub.
Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsmayıllı rayonunun Çayqovuşan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli tikilinin (idman zalı kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şəkidə ağır qəza: ölən var
Şəkidə noyabrın 7-də saat 11 radələrində Arif Səlimov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub....





















Son şərhlər