APA-nın “İndependent”ə istinadən verdiyi məlumata görə, F.Hammond Britaniya müxalifətinin və bir sıra sabiq ordu rəhbərlərinin Suriya iqtidarı ilə ittifaq çağırışına belə münasibət bildirib: “Bunun vəziyyəti yaxşılaşdırmaq üçün faydalı olacağını düşünmürəm. “İslam dövləti”nə qarşı Əsəd rejimi ilə dialoqa getmək fikrimiz yoxdur. Bizim düşmənimiz eynidir, lakin bu hal etibar edilməsi mümkün olmayan şəxslərlə ittifaqa girməyə əsas vermir”.
Böyük Britaniya silahlı qüvvələrinin keçmiş qərargah rəisi lord Riçard Dannat isə Kemeron hökumətini təcili surətdə Suriyaya müdaxilə etməyə və radikal islamçı qrupları zərərsizləşdirməyə çağırıb: “Əgər Suriya üzərində hər hansı uçuşlar olacaqsa, bu, mütləq Əsəd rejiminin təsdiqi ilə baş tutmalıdır”.