"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“İslahatlar genişlənəcək”

10 İyul 2019 - 11:22
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap


Bunu da oxuyun

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

Tənhalıq ömrü 6 il azalda bilər

Qüdrət Həsənquliyev: “Sağlam müxalifətin hazırda əsas vəzifəsi islahatların davam etdirilməsinə  və demokratiyanın genişləndirilməsinə dəstək vermək olmalıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi


İslahatlar dərinləşdikcə müxalifətin də imkanları artacaq və siyasi sistemdəki rolu əhəmiyyətli dərəcədə genişlənəcək

– Qüdrət bəy YAP-ın icra katibi Əli Əhmədovun parlament seçkilərinin vaxtında keçiriləcəyi barədə açıqlama verməsinə baxmayaraq bu barədə fikirlər hələ də dolaşmaqdadır.Siz necə düşünürsünüz növbədənkənar seçkilər keçirilə bilərmi və bunun hüquqi mexanizmi varmı?

– Hüquqi  baxımdan bu mümkündür. Konstitusiyanın 87-ci maddəsinin 3-cü bəndinə görə Milli Məclis 83 deputatının səlahiyyətləri təsdiq olunarsa səlahiyyətlidir. Əgər YAP iqtidar partiyası kimi növbədənkənar seşkilərin keçirilməsini zəruri hesab edib deputatlarına istefa verməyi tövsiyyə edərsə və onların istefasından sonra MM-in 83-dən az  deputatı qalarsa Prezident növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul etməlidir. Məsələnin siyasi aktuallığına gəldikdə isə biz buna xüsusi ehtiyac görmürük, amma iqtidar tərəfindən belə qərar qəbul olunsa onu dəstəkləyəcəyik.
Biz ölkədə yeni Konstitusiyanın qəbulu üçün referendum keçirilməsini və növbəti seçkilərin proporsional seçki sistemi əsasında keçirilməsini daha zəruri və məqsədəuyğun hesab edirik.

– Yeni Konstitusiyada proporsional seçki sistemindən başqa daha hansı dəyişikliklər nəzərdə tutula bilər? 

– Ölkənin 2025-ci ildən parlamentli respulika modelinə keçirilməsi nəzərdə tutula bilər. Yox, hakim partiya buna getməyəcəksə, o zaman Nazirlər Kabineti ləğv olunmalı, bir vitse prezident vəzifəsi saxlanılmalıdır. Çoxpartiyalı sistemin inkişafı və parlamentdə fraksiyaların olması üçün Konstitusiyaya belə bir müddəa salınmalıdır ki, parlamentdə partiyaların sayı 3-dən və topladıqları səsdən asılı olmayaraq müxalifət partiyalarını təmsil edən deputatların sayı 30%-dən az ola bilməz. Bu normanın tətbiqi qaydası Seçki Məcəlləsi ilə tənzimlənə bilər. Bundan başqa, Konstitusiyaya Milli Məclisin səlahiyyətlərinin artırılması və məhkəmə hakimiyyətinin gücləndirilməsinə dair yeni normalar əlavə olunmalıdır.

– Qüdrət bəy hansı faktor iqtidarı növbədənkənar seçkilərin keçirilməsinə sövq edə bilər?

– Bizim bütün tənqidlərimizə baxmayaraq Azərbaycan güclənir və aparılan islahatlar bizi daha da güclü edəcək. Bunu bizim düşmənlərimiz də görür və bu onları çox ciddi narahat edir. Onlar Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad edəcəyindən, regionda daha nüfuzlu və cazibədar bir ölkəyə çevriləcəyindən qorxurlar. Ona görə də ölkəni on illərlə geri atmaq üçün xarici güclər əlaltılarının vasitəsilə sabitliyi pozmağa cəhd edə bilərlər. Uyğun zaman isə seçkilər dövrüdür. Etiraf etməliyik ki,sonuncu növbədənkənar prezident seçkiləri daxili və xarici pozucu qüvvələrin planlarını alt-üst etdi.O zaman bəzi şəxslər xeyli aktivləşmişdi. Səfirlərlə görüşlər, ictimai rəyə təsir edə biləcək şəxslərə pul və bahalı hədiyyələrin paylanması geniş vüsət almışdı. Düşünürdülər ki, növbəti prezident seçkilərində sabitlik pozulacaq və “dəmir ələ” ehtiyac yaranacaq, onlar da gəlib ermənilərin maraqlarına tam uyğun olaraq, onların xaricidən dəstəyi ilə buranı Türkmənistan edəcəklər. Bu kimi acı təcrübə növbədənkənar seçki qərarının verilməsini şərtləndirə bilər.

– Hazırda da belə bir plan ola bilərmi?

– Düşmənlər və hakimiyyət naminə hər şeyə hazır olan insanlar həm iqtidarda, həm müxalifətdə həmişə fəaliyyətdə olacaqlar. Son vaxtlar iqtidardakı bacarıqlı və prezidentə sadiq məmurlara qarşı əsassız gözdənsalma kompaniyası bunun əlamətləridir. Onların planlarını pozmaq isə hər bir vətənpərvər insanın, iqtidardakı sağlam qüvvələrin, xüsusilə Prezidentin borcudur. Güc strukturlarındakı son dəyişikliklərdən sonra daxildəki pozucu qüvvələr aktiv fəaliyyətə keçməzdən öncə bir daha düşünməli olacaqlar.

– Qüdrət bəy, qeyd etdikləriniz iqtidarı islahatlardan çəkindirməz ki?

– İslahatlar günün tələbidir.Prezident də söyləyib ki,idarəetmə təkmilləşdirilməli,i slahatlar dərinləşdirilməlidir. Bir qayda olaraq aşağıların təzyiqi  ilə aparılan islahatlar effekt vermir, ölkə xaosa sürüklənir. Ona görə də mən iqtidarı həmişə çağırıram ki, yuxarıdan islahatları həyata keçirsin. İqtidar zamanı əldən verirsə və xalq iqtidarı məcbur edirsə ki, islahatlar aparsın o zaman uğurlar belə iqtidarın ayağına yazılmır və növbəti tələblər irəli sürülür. Bunun nəticəsində isə mütləq və mütləq sabitlik pozulur. Düşünmürəm ki, hakimiyyət bunu bilməsin. Ona görə də islahatlar genişlənəcək.

– Qüdrət bəy parlament seçkilərində müxalifətin seçkiləri udmaq şansı varmı?

– Azərbaycanda vətəndaşlarımız siyasi baxımdan fəal deyil, müxalifət çox zəifdir. Sistemdən kənar müxalifət əsasən xaricdən idarə olunur və onlar yalnız hakimiyyətdə kiminsə maraqlarının təmin olunmasında katalizator rolunu oynaya bilər. Parlament müxalifəti isə indiki şərtlər altında yalnız növbəti parlamentdə fraksiyalar yaratmaq imkanları uğrunda mübarizə apara bilər. Düşünürəm ki, sağlam müxalifətin hazırda əsas vəzifəsi islahatların davam etdirilməsinə  və demokratiyanın genişləndirilməsinə dəstək vermək olmalıdır. İslahatlar dərinləşdikcə müxalifətin də imkanları artacaq və siyasi sistemdəki rolu əhəmiyyətli dərəcədə genişlənəcək. Sözsüz ki, hansısa mərhələdə müxalifət seçkiləri udacaq, partiyalar hakimiyyətdə bir-birini əvəz edəcəklər. Bunun üçün bizə zaman lazımdır.

Previous Post

“İslahatlar genişlənəcək”

Next Post

Bakıda güclü şimal-qərb küləyi əsir

Bənzər yazılar

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

28 Sentyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) müdafiə nazirləri ayrı-ayrı üzv dövlətlərin sərəncamında olan "Patriot" raket ehtiyatlarının Ukraynaya ötürülməsi ilə bağlı razılığa gələ bilməyiblər....

II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

28 Sentyabr 2026 - 13:45

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin əlverişli və münbit investisiya mühitini qlobal investorlar və biznes icmasına nümayiş etdirməklə...

Tənhalıq ömrü 6 il azalda bilər

Tənhalıq ömrü 6 il azalda bilər

28 Sentyabr 2026 - 11:43

Yeni tədqiqatlar göstərir ki, təklik və sosial təcrid yaşayan insanlar xəstəliksiz keçən illərini itirə bilərlər. Ən ciddi təsir psixi sağlamlıqda...

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

28 Sentyabr 2026 - 10:55

Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi hadisə deyil, eyni zamanda cəmiyyətin milli həmrəylik, dövlətçilik və məsuliyyət...

Next Post
Bakıda güclü şimal-qərb küləyi əsir

Bakıda güclü şimal-qərb küləyi əsir

Bakıda güclü şimal-qərb küləyi əsir

Bakıda güclü şimal-qərb küləyi əsir

Son xəbərlər

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

28 Sentyabr 2026 - 23:46
İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

28 Sentyabr 2026 - 23:42
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 - 23:38
ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

28 Sentyabr 2026 - 23:30
Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

28 Sentyabr 2026 - 21:33
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

28 Sentyabr 2026 - 21:30
Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

28 Sentyabr 2026 - 20:35
Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

28 Sentyabr 2026 - 20:31
Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

28 Sentyabr 2026 - 20:29
FTB-nin direktor müavini Endryu Beyli istefa verib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

28 Sentyabr 2026 - 20:26
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28
Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

28 Sentyabr 2026 - 19:11
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58
Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

28 Sentyabr 2026 - 18:49
Novxanıda anım günü

Novxanıda anım günü

28 Sentyabr 2026 - 18:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.