"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“İslahatlar dövlət əmlakının özəlləşdirilməsindən başlanılmalıdır”

11 May 2022 - 18:41
in MANŞET
FacebookVatsap

QÜDRƏT HƏSƏNQULİYEV: “ONA GÖRƏ Kİ, İQTİSADİYYATIN ƏSAS SAHƏLƏRİ DÖVLƏTİN NƏZARƏTİNDƏDİR VƏ ONLAR DA RENTABELLİ DEYİLLƏR”

Bunu da oxuyun

Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib

Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb

Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı icra hakimiyyətlərinin ləğvinin anonsunu verdi. Belə ki, bu istiqamətdəki islahatlar zamanı icra hakimiyyətlərinin Prezidentin xüsusi nümayəndəsi ilə əvəzlənəcəyi gözlənilir.

“Unikal”a müsahibə verən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə söhbətə də bu mövzuda başladıq.

– Qüdrət bəy, idarəetmə sistemi ilə bağlı islahatların aparılacağı gözlənilir. Sizcə, yeni idarəetmə nələri dəyişəcək?

– Prezident bunun anonsunu verib. Amma heç kim dəqiq söyləyə bilməz ki, dövlət başçısı nələri nəzərdə tutur. Bunu zaman göstərəcək. Sözügedən məsələ ilə bağlı fikrim ondan ibarətdir ki, Azərbaycanda dövlət idarəetməsindəki hədsiz mərkəzləşmə özünü doğrultmur. İdarəetmədəki bəzi səlahiyyətlər yerlərə ötürülməlidir. İcra hakimiyyətlərinin sayı çoxdur. İnzibati ərazi bölgüsünə görə 80-dən artıq rayon var, bu həddindən artıq çoxdur. Hazırda ölkəmizdə 14 iqtisadi rayon var. Həmin iqtisadi rayonların tərkibinə bir daha baxmaqla onları inzibati ərazi vahidlərinə çevirmək olar. Həmin inzibati ərazi vahidlərinin başçılarının yerli sakinlər tərəfindən seçilməsini müəyyənləşdirə bilərik. “Yerli idarəetmə haqqında” qanun qəbul olunmalıdır. Regional rəhbərlərin statusu dəqiq müəyyənləşməlidir ki, onlar hansı səlahiyyətlərə malikdirlər. Həmin şəxsləri yerli sakinlər seçərsə, onlar qanunla idarəetmənin tərkib elementi kimi həm cənab Prezident, həm də yerli sakinlər qarşısında məsuliyyət daşıyacaqlar. Hər bir halda islahatları müsbət qiymətləndirirəm. Dövlət başçısı bəyan etdi ki, indiki idarəetmə özünü doğrultmur. Ona görə də mütləq islahatlar aparılmalıdır.

– Hazırda bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab edirsizmi?

-Bizdə demək olar ki, bələdiyyələrin bütün səlahiyyətləri əllərindən alınıb. Onların ictimaiyyət üçün nələrsə etməsinə geniş imkanları yoxdur. Hər şeyi mərkəzi icra hakimiyyəti orqanları öz əlinə alıb. Adi reklamı, o cümlədən vergilərin əksəriyyətini bələdiyyələrdən alıblar. Bir çox ölkələrdə bələdiyyələrin məktəbləri, bağçaları, xəstəxanaları, ictimai nəqliyyatı və s. var. Bizdə isə sərnişindaşımaya da dövlət əl qoyub. Bakı Nəqliyyat Agentliyinin vasitəsilə sərnişindaşıma ilə məşğul olan sahibkarlar sıxışdırılıb çıxarıldı. Əvvəllər də təklif etmişik ki, bələdiyyələrə yerli dövlət hakimiyyəti orqanları statusu verilsin. Bələdiyyələr yerli özünüidarə orqanı deyil, yerli dövlət hakimiyyət orqanı statusu alsın.

– Digər hansı sahədə struktur islahatlarına ehtiyac var?

– Biz ölkəmizin gələcəyini parlamentli respublika modelində görürük. Dövlətdə də əsas icra hakimiyyətinə Baş nazir rəhbərlik etsin. Prezident dövlətin təmsilçisi kimi parlamentli respublikalarda olan səlahiyyətlərdən artıq səlahiyyətə malik olmasın. Ölkəmizin gələcəyini bu cür görürük. Biz parlamentli respublikaya keçsək, Qərb standartlarına cavab verən, demokratik cəmiyyət qurmaq bizə daha asan olar. O baxımdan düşünürəm ki, Azərbaycanın gələcəyi parlamentli respublikadır.

– Deputat həmkarlarınız parlamentdə çıxışı zamanı bildirir ki, seçicilərin qaldırdığı hansısa məsələ ilə bağlı nazirlərlə əlaqə saxlamalı olurlar. Bəzi nazirlər isə onların telefonlarına cavab vermir…

– Parlamentdə bu məsələ çox qaldırıldı. Bundan sonra deputatlara mərkəzi icra hakimiyyəti orqanlarının bəzilərinin aparat rəhbərlərinin, müavinlərinin nömrələrini veriblər. Siyahı tərtib olunub ki, bu şəxslərə zəng etsəniz, onlar mütləq telefonlara cavab verəcəklər. Bu o demək deyil ki, deputat nazirlərə, icra başçılarına zəng edə bilməz. İcra başçılarının müavinlərinin nömrələrini veriblər ki, onlarla əlaqə saxlanılsın. Bunun özünü də yersiz hesab etdim. İcra başçısının nə işi var ki, öz rayonunun deputatı ilə telefonla danışmağa vaxt tapmasın. O qədər gərgin iş görür? Səhərdən axşama qədər olan müddətdə telefonla öz rayonunu təmsil edən deputatla telefonla danışa bilmir ki, müavinin nömrəsini verirlər. Bu da islahatların aparılmasını zəruri edir. İcra hakimiyyətinin parlamentdən hansısa asılılığı olsa, deputatların telefonlarına cavab da verərlər, onların qaldırdığı məsələlərə diqqətlə yanaşarlar. İcra hakimiyyətləri parlament qarşısında məsul deyillər. Parlamentli respublikaya keçsək, parlamentin nüfuzu yüksələcək. Xalqın təmsilçilərinin birbaşa hökumətə təsir imkanları artacaq. Məsələn, Nazirlər Kabineti ildə bir dəfə parlamentdə hesabat verir. Birdən parlament həmin hesabatı qeyri-qənaətbəxş saydı. Bu, hansısa hüquqi nəticə doğurmayacaq. Parlamentin rolu o qədər kiçildilib ki, hökumət həddindən artıq özünü sərbəst hiss edir. Bu isə hökumət üzərində parlament nəzarətini aşağı endirir. Hər il büdcə müzakirələrində məsələ qaldırırıq ki, “Büdcə sistemi haqqında” qanuna görə investisiya layihələrinin siyahısı parlamentə təqdim olunmalıdır. Deputatlar bilməlidir ki, ayrılan pulun bölgüsünə səs verəndə həmin vəsait hara xərclənəcək? Bunu vermirlər. Tələb edirik, əhəmiyyət verən yoxdur. İdarəetmədə islahatlar həm də ona gətirib çıxarmalıdır ki, parlamentin rolu artsın, məhkəmə hakimiyyəti daha müstəqil, güclü olsun. İdarəetmə təkmilləşdirilməsə, korrupsiya ilə mübarizədə daha ciddi uğurlara imza atmaq mümkün olmayacaq.

– Qiymət artımları ən çox danışılan məsələlərdən biridir. Bunu tənzimləmək üçün hansı işlər görülməlidir?

-Bəzi deputat həmkarlarımız deyirlər ki, süni qiymət artımına qarşı mübarizə aparılmalıdır. Bazar iqtisadiyyatında süni qiymət artımı deyilən bir şey ola bilməz. Burada qiymət tələblə təklif arasında müəyyənləşir. Əgər bir şeyə tələb yüksəkdirsə, onun qiyməti artacaq. Bazar iqtisadiyyatı olan ölkələrdə inhisarçılığa qarşı mübarizə var. Ayrı-ayrı sahibkarlar aralarında danışıb qiyməti qaldırırsa, bu, cinayət əməli sayılır. Buna görə onlara qarşı ciddi cəzalar nəzərdə tutulur. Süni qiymət artımı ola bilməz. Əgər tələbat varsa, satdığım məhsulun qiyməti qalxacaq. Dövlət heç kimə deyə bilməz ki, sən istehsal etdiyi məhsulu bu qiymətə satmalısan. İqtisadiyyat naziri bildirir ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Sual olunur niyə? Biz bazar iqtisadiyyatına keçmişiksə, dövlət nə üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır? Nə üçün dövlətin nəzarətində olan sahələr özəlləşdirilmir, yaxud uzunmüddətli təcrübəli xarici şirkətlərə idarəetməyə verilmir? Biz görürük ki, dövlətin nəzarətində olan müəsissələri ayrı-ayrı məmurlar öz şəxsi əmlakları kimi istifadə edirlər, xərcləri şişirdirlər, kreditlər götürürlər və sonra həmin kreditləri qaytarmırlar. Onlar da camaatın büdcəyə verdiyi pulun hesabına qaytarılır. Bəzi hallarda deyirlər ki, bu strateji sahədir, büdcədən ora pul ayırırlar. Bizdə dövlət hakimiyyətində təmsil olunan şəxslər imtiyazlardan imtina etməlidirlər. Bundan imtina etməyincə, islahatları dərinləşdirə bilməyəcəyik. Büdcə demək olar ki, neft satışının hesabına formalaşır. Bu sahədə islahatlar ilk növbədə dövlət əmlakının özəlləşdirilməsindən başlanılmalıdır. Ona görə ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir və onlar da rentabelli deyillər. Bunlarla yanaşı, qanunun aliliyinin təmin olunması, məhkəmə-hüquq islahatları da vacib şərtdir. İlk növbədə dövlət inhisarçılığına son qoyulmalıdır.

– Fakt odur ki, bəzi məmurlar dolayısı yol ilə olsa da, bizneslə məşğul olurlar. Bu gün məmurun maaşı nə qədər olmalıdır ki, bu işlərdən uzaqlaşsın?

-Bir dəfə bu məsələni qaldırdım, az qaldılar məni topa tutsunlar. Hər zaman bildirmişəm ki, pensiya da, digər maaşlar da artırılmalıdır. İlk növbədə dövlət idarəetməsində çalışan şəxslərin əmək haqqıları artırılmalıdır ki, onlar normal, ləyaqətli həyatlarını təmin etmək üçün sadə vətəndaşları incitməsinlər. Sadə bir həqiqətdir ki, buna normal maaş verməsən, o zaman sənin həyatını zəhər edəcək. Gedib bir arayışı belə pulsuz ala bilməyəcəksən. Məmurlara, deputatlara Avropa standartlarına uyğun maaş vermək lazımdır. Sonra korrupsiyaya qarşı effektli mübarizədən söhbət gedə bilər. Onların maddi təminatını təmin etmədən korrupsiyaya qarşı mübarizədən söhbət gedə bilməz. Ona görə nəzarətedici funksiyaları yerinə yetirən qurumlarla dərhal cinayət əlaqəsinə girəcəklər və oğurladıqlarının bir hissəsini verəcəklər onlara, bununla da onların fəaliyyətinə göz yumulacaq. Elə mexanizmlər yaradılmalıdır ki, həmin şəxs istəsə belə oğurlaya bilməsin. Əgər tamahı güc gəlib oğurluq edəcəksə, qısa müddətdə ifşa olunacaq. Onun üçün mexanizmlər hazırlanmalıdır. Sonu ona gəlir ki, köklü şəkildə islahat olmalıdır.

– Neçə gündür Ermənistanda aksiyalar keçirilir. Bu da Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması məsələsinin müzakirə olunduğu bir vaxtda baş verir. Bu aksiyaların məqsədi nədir?

-Bu ilin aprelin 6-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş oldu. Orada Paşinyan bəyan etdi ki, Azərbaycanın 5 bənddən ibarət beynəlxalq hüquq normaları əsasında hazırlanmış prinsiplərinə uyğun olaraq sülh müqaviləsi imzalamağa hazırdırlar. Paşinyan qayıtdıqdan sonra onu Moskvaya dəvət etdilər, orada bildirdi ki, “biz Qarabağ ermənilərinin razılaşmadığı hər hansı sülh sazişinə imza atmayacağıq”. Bu bəyanat sülh danışıqlarından imtina etmək kimidir. O zaman Brüssel görüşü ilə bağlı bildirmişdim ki, bu, Ermənistanın ifşası baxımından əhəmiyyətlidir. Azərbaycanın mövqeyinin haqlı olmasını bir daha dünyaya göstərə biləcəyik. Onu da qeyd etmişdim ki, Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə, danışıqları Rusiya ilə aparmalıyıq. Ermənistan baş tutmamış və “forpost” bir ölkədir. Rusiyanın razılığı olmadan Ermənistan nə bizimlə, nə də Türkiyə ilə sülh sazişi imzalaya bilməz. Görünən odur ki, Rusiya hələlik bu bölgədə sülhün bərqərar olmasında maraqlı deyil. Rusiya ilə danışıqları davam etdirməliyik. Çalışmalıyıq onu inandıraq ki, buna mane olmasın və Ermənistanla sülh sazişi imzalayaq. Ermənilərlə danışıqların aparılmasını mənasız hesab edirəm. Düşünürəm ki, diqqətimizi Moskvaya yönəltməli və əməkdaşlığı genişləndirməliyik. Moskva ilə daha etimadlı münasibətlərin yaranmasına çalışmalıyıq. Rusiyanın Ukraynaya təcavüzü vəziyyəti xeyli çətinləşdirib. Buna baxmayaraq, Rusiya bizim böyük qonşumuzdur, münasibətləri yüksək səviyyədə saxlamağa çalışmalıyıq. Ermənistandakı mitinqləri isə Rusiya yönümlü qüvvələr təşkil edir.

– Son günlər Ermənistan silahlı qüvvələri Ordumuzun mövqelərini atəşə tutur. Bu, daha çox Kəlbəcər istiqamətində olur. Yenidən vəziyyət gərginləşə bilərmi?

– Əlbəttə ola bilər. Amma bu 44 günlük müharibə miqyasında olmayacaq. O baxımdan ki, Ermənistan ordusunu darmadağın etmişik. Onlar bizə 44 günlük müharibədəki kimi müqaviət göstərə bilməyəcək. Azərbaycan kiçik bir əməliyyat keçirməklə bunu həll edə bilər. Bizim Milli Ordunun bu işə qarışmasına ehtiyac qalmayacaq. Bu, bizim daxili işimizdir. O baxımdan, Daxili Qoşunların hamısı deyil, xüsusi təyinatlıları qısa müddətdə Xankəndi üzərində Azərbaycanın suveren hüquqlarını bərpa edər.

Rusiya ilə işləməliyik ki, bu zaman həmin proseslərə müdaxilə etməsinlər. Ona görə ki, orada Rusiyanın sülhməramlıları var. Rusiyanın bu münaqişəyə qatılması bizə heç cür sərf etmir. Ona görə ki, onların qatılacağı təqdirdə Türkiyə də bu münaqişəyə qatılacaq. Regionda böyük bir toqquşma ola bilər. Bu da böyük dağıntılara yol açar. Çalışmaq lazımdır ki, Rusiya ilə bağlı qapılar arxasında məsələni həll edək. Bunu həll etsək, əməliyyatlara ehtiyac qalmaz. İndi əlverişli vəziyyət yaranıb. Azərbaycan Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etməyə cəhd göstərməlidir. Erməniləri başa salmalıyıq ki, sizi kimin müdafiə etməyindən asılı olmayaraq, əgər yenidən bölgədə silahlı qarşıdurma olsa, o zaman Qarabağdakı ermənilər ya bizim suverenliyimizi, Azərbaycanın yurisdiksiyasını qəbul etməlidirlər, ya da buradan köçüb getməlidirlər. Azərbaycan yenə 30 il sizin danışıqlar aparmağınızı gözləməyəcək. Azərbaycan təzyiqləri artırmalıdır. Qardaş Türkiyəyə müraciət edirəm ki, hazırda Azərbaycanın onların dəstəyinə çox böyük ehtiyacı var. Azərbaycan üçün elə bir tarixi məqamdır ki, daha çox dəstək istəyirik. Belə ki, Rusiyanın beynəlxalq təcridi onun Türkiyədən müəyyən asılılığını artırıb. Türkiyə bu məqamdan da istifadə edib Rusiya ilə ciddi danışmalıdır ki, Azərbaycanın ərazi bütövlüyün bərpa etməsinə mane olmasın. Bu mərhələdə Qarabağ üzərində suverenliyimizin bərpa olunması üçün konkret addımlar atmalıyıq.

-Son illər yüksək vəzifəyə təyinat alan şəxslər arasında gənclər üstünlük təşkil edir. Gənc kadrlar onlara göstərilən etimadı doğruldurmu?

– Onların içərəsində kifayət qədər mədəni və öz sahəsini yaxşı bilən kadrlar var. Hesab edirəm ki, SOCAR-ın Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf kifayət qədər savadlı, mədəni və hazırlıqlı adamdır. Bura yeni səhiyyə naziri Teymur Musayevi də əlavə edərdim. Başqa adlar da çəkmək olar. Əsasən son təyinatları dedim. Kadrlar çox şeyi həll edir, amma hər şeyi həll etmir. İdarəetmə təkmilləşdirilməsə, heç nə dəyişməyəcək. Bir kadr uğurlu olacaq, vəziyyət əvvəlkindən nisbətən yaxşı olacaq. Amma köklü dəyişikliklər baş verməyəcək. İnsanlar yaşlaşır, gənc nəsil yaşlıları əvəz edir. Bu da təbii prosesdir. Tam o siyasət deyil ki, hakimiyyət gəncləşdirilsin. Ona görə ki, dövlət idarəetməsində təcrübəli insanlara hər zaman ehtiyac var. O baxımdan hökumətin tərkibində həm gənclər, həm də yaşlı insanlar olmalıdır. Bir balans yaratmalıdırlar. Tam gənclərdən ibarət hökumət ola bilməz. O hökumət inanmıram ki, ciddi uğur qazana bilər. Beynəlxalq təcrübə də bunu göstərir.

– Parlamentdə də gəncləşmə prosesi gedib…

– Parlamentdə də özünü doğruldan gənclər var. Adlar çəkmək istəmirəm. Gənclər o zaman özünü tam doğruldacaq ki, doğurdan da böyük rəqabətdən, siyasi partiyalardakı proseslərdən keçib gəlsinlər. Siyasi debatlarda çıxış etsinlər. Parlament siyasət yeridir. Bir çox hallarda kimsə-kiməsə təminat verir, biri digərini təqdim edir. Bəzən olur ki, bu baxımdan kadrlar özünü doğrulda bilmir. Siyasi vəzifə tutan şəxslər, siyasi proseslərin içindən keçib gəlməlidir.

Milli Məclisin komandası var idi, futbol oynayırdıq. Deputat həmkarlarımızdan biri həmin şəxsi qapının arxasına qoyurdu ki, gedən topları gətirsin. Yəni, vaxtilə futbol zamanı “topdaşıyan” adam indi nazir olub. Bəzən deputatları da saymırlar. Dediyim islahatlar aparılsa, belə təsadüfi adamların orada yüksək vəzifələrə təyin olunması mümkün olmayacaq.

Anar Kəlbiyev

Foto: Turqut Sultan

Previous Post

“İslahatlar dövlət əmlakının özəlləşdirilməsindən başlanılmalıdır”

Next Post

Moskvada ermənilərlə kütləvi davaya görə tutulan azərbaycanlılar azadlığa buraxılıb

Bənzər yazılar

Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib

22 Noyabr 2026 - 13:41

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Jozef Aunu milli bayram münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Livan...

Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb

Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb

20 Noyabr 2026 - 19:32

Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Elchi.az - a Bakı Metropolitenindən...

Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL

Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL

20 Noyabr 2026 - 16:05

Pekindən Mərkəzi Asiyaya, oradan isə Pnompen, Vyentyan və Hanoya qədər uzanan diplomatik xətt Azərbaycanın Şərq istiqamətində ayrı-ayrı təşəbbüslərlə məhdudlaşmadığını, uzunmüddətli...

Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

20 Noyabr 2026 - 12:22

“Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyası (YAP)...

Next Post
Moskvada ermənilərlə kütləvi davaya görə tutulan azərbaycanlılar azadlığa buraxılıb

Moskvada ermənilərlə kütləvi davaya görə tutulan azərbaycanlılar azadlığa buraxılıb

Moskvada ermənilərlə kütləvi davaya görə tutulan azərbaycanlılar azadlığa buraxılıb

Moskvada ermənilərlə kütləvi davaya görə tutulan azərbaycanlılar azadlığa buraxılıb

Son xəbərlər

Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

22 Noyabr 2026 - 13:45
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib

22 Noyabr 2026 - 13:41
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib

Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib

22 Noyabr 2026 - 12:39
Bir sıra ərazilərdə yağıntılı hava müşahidə olunur, Şahdağa qar yağıb – Faktiki hava

Bir sıra ərazilərdə yağıntılı hava müşahidə olunur, Şahdağa qar yağıb – Faktiki hava

22 Noyabr 2026 - 12:37
Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

22 Noyabr 2026 - 11:14
Bəzi bölgələrdə güclü külək əsəcək – Xəbərdarlıq

Bəzi bölgələrdə güclü külək əsəcək – Xəbərdarlıq

22 Noyabr 2026 - 11:10
Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib

Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib

22 Noyabr 2026 - 11:07
Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

21 Noyabr 2026 - 18:22
ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib

ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib

21 Noyabr 2026 - 18:00
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO

21 Noyabr 2026 - 17:13
Danimarka Aİ-nin ruslara turist vizaları verməyi dayandırmasını təklif edib

Danimarka Aİ-nin ruslara turist vizaları verməyi dayandırmasını təklif edib

21 Noyabr 2026 - 16:55
Növbəti 3 gündə külək güclənəcək – XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

21 Noyabr 2026 - 16:24
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar – FOTO

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar – FOTO

21 Noyabr 2026 - 15:39
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

21 Noyabr 2026 - 15:07
Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib – FOTO – VİDEO

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib – FOTO – VİDEO

21 Noyabr 2026 - 14:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.