EN RU

İŞİD tərəfə keçmiş məşhur boksçu öldürüldü

>

Bunu da oxuyun

Suriyada Rusiya tərəfindən qadağan olunmuş “İslam dövləti” təşkilatına qoşulan rus boksçu Vyaçeslav Lapşin həlak olub.

Elchi.az AzNews.az-a istinadən xəbər verir ki, Lapşin bu ilin mart ayında öldürülsə də, onun ölümü bu gün məlum olub.

2015-ci ildə boksçu həyat yoldaşı və uşaqları ilə Türkiyəyə dincəlməyə gedib və orada qalıb. Yaxınlarının sözlərinə görə, Lapşin islamı 15 il bundan əvvəl qəbul edib.

Lapşin 1981-ci ildə anadan olub. Peşəkar rinqdə 2005-2009-cu illər ərzində 9 döyüş keçirib. Döyüşlərin 5-də qalib gəlib, bir dəfə döyüşü nokautla başa vurub. O, 58,9 kq çəki dərəcəsində çıxış edirdi.

Lapşin Rusiya çempionu və Olimpiya oyunlarının qalibi olub.

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com