Ölkə preventiv tədbirlərə əl atıb 
Dünyanın ən sakit ölkələrindən sayılan İsveçrədə də İŞİD mövzusu gündəmdədir. Ölkə terrordan sığortalanmaq üçün ciddi işlər görür. Bu istiqamətdə Avropa Birliyi ilə birgə layihələr həyata keçirir.
Düzdür, indiyə kimi İsveçrədə İŞİD-lə bağlı hər hansı yaddaqalan bir insident baş verməyib. Ancaq ölkə nəzəri baxımdan ehtimal olunan təhlükələrdən yayınmaq üçün indidən tədbirlər görməyə üstünlük verir. Bu barədə İsveçrənin “20 Minuten“ qəzeti məlumat yayıb.
Qəzet bildirir ki, Brüsseldə 40 ölkəni təmsil edən terrorla mübarizə üzrə mütəxəssislər bir araya gəliblər. Həmin tədbiri isə Avropa Birliyi və İsveçrə təşkil edib. Qeyd olunur ki, rəsmi məlumatlara görə, İsveçrədən İŞİD terror təşkilatına qoşularaq İraq və Suriyada 30 nəfərin döyüşdüyü ehtimal olunur. Ancaq həmin şəxslərdən yalnız 15 nəfərin İŞİD-ə qoşulduğu rəsmi olaraq öz təsdiqini tapıb. Digər ehtmallarla bağlı isə araşdırmalar aparılır.
İsveçrə xüsusən gənc müsəlmanların İŞİD-ə maraq göstərməsindən narahatdır. Ölkə gəncləri bu kimi radikal meyllərdən uzaqda tutmaq üçün preventiv tədbirlərə əl atır. İŞİD-ə qarşı təbliğata xüsusi önəm verilir.
Son şərhlər