Türkiyə parlamentinə AKP-li MHP-li millət vəkiləri əlbəyaxa davaya çıxdı
Avqustun 4-də Türkiyə paelamentində AKP-li və MHP-li millət vəkilləri arasında əlbəyaxa dava olub. Radikal.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisindəki dava MHP-lilərin AKP-lilərə saxta səsvermə təpkilərindən sonra başlayıb.
MHP-nin təşəbbüsü ilə parlamentdə qonşu ölkələrdə baş verən savaşlara Türkiyənin hansı səviyyədə qoşulması haqqında müzakirələr başlayıb. Müzakirələrin gedişində MHP-lilər İŞİD-la bağlı araşdırma komissiyası yaradılması təklif olunub. Bu zaman millət vəkilləri arasında bir neçə dəfə söz davası yaşanıb.
MHP-li millət vəkili Ali Uzunırmaq çıxışı zamanı AKP-li həmkarlarını toplantıya qatılmayan partiyadaşlarının yerinə səs verməkdə ittiham edərək “saxtakar” adlandırıb. AKP-li Mustafa Şahinin onun üzərinə yeriməsi yumruq davasına səbəb olub. Uzunırmakın zərbəsindən Şahinin alnı partlayıb.
TBMM üzvləri yumruqlaşan millət vəkillərini bir-birində ayırıb. Ortalığın sakitləşdiyi bir vaxtda 10-a yaxın AKP-li millət vəkili əhatəyə aldıqları MHP-li Sinan Oğana hücum edib. Digər millət vəkillərinin səyləri ilə dava dayandırılıb.
Məclisə sədrlik edən Ayşənur Bahekapılı dava edən millət vəkillərini otağına çağıraraq toplantı keçirib. Yaşanan davalara görə parlamentin iclası sabaha qədər təxirə salınıb.
Olaydan az sonra Sinan Oğan Twitter hesabından AKP-lilərə səslənib: “Parlamentdə 60-a yaxın it mənə hücum etdi. Şükür, ağızlarının payını aldılr. Bunlar ülküçülərə ancaq “60 1-ə” hesabı ilə hücum edə bilər. TBMM-də hökumət niyə türkmənlərə sahib çıxmır dediyimiz üçün hücumla üzləşdik. Bu dəqiqə biz TBBM-də 4 nəfərik. Qarşımızda 120 nəfər var. Ancaq Bozqurdun qarşısına çıxmaq cəsarət istəyər. Biz TBMM-də türk millətinin haqqını qoruyuruq. Qarşımızdakı AKP itlərinin sayının neçə olması önəmli deyil”.
Aygün Muradxanlı