İŞİD-i dəstəkləyənlər İstanbul Universitetinə hücum edib.
Xəbərə görə, İstanbul Universitetinin ədəbiyyat fakültəsində İŞİD-ə qarşı açılmış bir afişa terrorçu qruplaşmanın dəstəkçilərini özündən çıxarıb. Nəticədə universitet İŞİD dəstəkçilərinin hücumuna məruz qalıb.
Belə ki, radikal dini qruplaşmaları dəstəkləyən tələbələrin yaratdığı “Müsəlman gənclik” təşkilatının üzvləri əvvəlcə afişanın yığışdırılmasını tələb ediblər. 15 dəqiqə sonra isə əllərində mismarlı dəyənəklərlə fakültəyə hücum ediblər. Hücum zamanı bir tələbə başından yaralanıb. Polis 3 nəfəri saxlayıb.
Universitet rəhbərliyi İŞİD qalmaqalı ilə bağlı müfəssəl məlumat açıqlamayıb.
Qeyd edək ki, İstanbulda fəaliyyət göstərən ”Müsəlman gənclik” təşkilatının üzvləri arasında “Hizbullah”ı dəstəkləyən tələbələrin də olduğu bildirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə keçirilən EYBA-nın payız konfransının (“EYBA Autumn...
Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir...
Son şərhlər