|
Vaşinqton Post qəzeti, İraq müharibəsində həbs olunanların saxlanıldığı Bucca düşərgəsi adlı həbsxanada yatan 9 nəfərin, həbsdən çıxandan sonra İŞİD komandirləri olduğunu açıqlayıb. Analitik.az xəbər verir ki, Küveyt sərhəddində yerləşən Bucca həbsxanasında bu terror təşkilatının bünövrəsinin qoyulduğu xəbər verilir. Belə ki, İraqda müharibə gedən zamn həbs olunan “ən təhlükəli cihatcıların” qaldığı həbsxana İŞİD-in inkişafında böyük rol oynayıb. 100 min nəfərin həbsdə yatdığı bu düşərgə, açılandan bir neçə il sonra bağlanıb. Məhbuslar vaxtından əvvəl ailələrinə görə azad edilib. Bunu polis rəisi Saad Abbas Mahmud bildirib. Vaşinqton Post qəzetinə açıqlama verən Mahmud, sərbəst buraxılanların 90 faizinin gələcəkdə təhlükə yaradacağını əvvəlcədən deyib: “Problem çox böyük və təhlükəlidir. Təəssüf ki, İraq hökuməti və rəsmiləri problemin nə qədər artdığının fərqində deyil.”
Qəzet, Bucca düşərgəsinin İŞİD-ın yaranma prosesində fəal rol oynadığını vurğulayaraq, özünü xəlifə elan edən İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin də aralarında olduğu İŞİD komandirlərinin bu həbsaxanda tanış ola biləcəyini yazır. O da vurğulanır ki, həbsxana rəsmiləri burada məhkumların radikallaşması və əməkdaşlığı üçün bütün şəraiti yaradıblar. Terror təşkilatındakı yüksək post tutan 9 nəfərin , eyni zamanda Bağdadinin 5 il bu həbsxanada təlimlər keçdiyi bildirilir.
|
||
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan...




















Son şərhlər