İraq və Suriya ərazisindəki mövqelərə 30 aviazərbə endirilib
Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri müttəfiqlərin iştiraki ilə 3 gün ərzində İŞİD qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 30 aviazərbə endirib.
ANS TV-nin məlumatına görə, bu barədə ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı məlumat yayıb. Aviazərbələrdən 6-sı Kobani şəhəri də daxil olmaqla, Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına endirilib. 24 aviazərbə isə İraqda İŞİD -in Kərkük və Mosul şəhərlərindəki mövqelərini nişan alıb.
Pentaqon rəhbəri Çak Heyqel müsahibəsində Suriyada və İraqda İŞİD terrorunun yayılmasına görə, Suriya prezidenti Bəşər Əsədin məsuliyyət daşıdığını söyləyib.
Son şərhlər