"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

İşğalçıya qarşı hibrid savaşı – Bakı yeni cəbhə açır…

19 Dekabr 2016 - 09:10
in GÜNDƏM, MANŞET
FacebookVatsap
İşğalçıya qarşı hibrid savaşı - Bakı yeni cəbhə açır...

Sərkisyan rejiminin təbliğat maşını fiaskoda; Düşmənə ikinci qəfil aprel zərbəsi – daşnak-separatçı ünsürlər isterikada; təbliğat savaşında təcavüzkara daha bir zərbə Belarusdan gələ bilər – Qarabağa qanunsuz səfərlər edib separatçı rejimi təbliğ edən blogger Lapşin ölkəmizə ekstradisiya edilməklə…

Bunu da oxuyun

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Zaxarova Zelenskinin yalanlarından danışdı

Qarabağ münaqişəsi işğalçı ölkə rəhbərliyinin təxribatçı mövqeyi sayəsində növbəti və daha təhlükəli fazasına adlayıb. Artıq erməni xalqına da aydındır ki, bu ölkədə hakimiyyətə “neytral”, hərbi cinayətlərə bulaşmayan  yerli siyasi qüvvə gəlməyincə problemin həllində real dönüş müşkül olacaq. O da aydındır ki, illərdir erməni xalqını hakimiyyət maraqları naminə qorxu altında saxlayan kriminal Qarabağ klanı, belə görünür, güc dilini daha yaxşı anlayır. 
Lakin qaynar müharibə hələlik dondurulsa da, virtual müharibə davam edir – informasiya alanında, təbliğat meydanlarında. Yeri gəlmişkən, bu arada Ermənistanın hakim dairələrində və bəzi siyasi-ekspert çevrələrində Azərbaycana qarşı növbəti isterika başlayıb. Səbəb də ölkəmizin son zamanlar Sərkisyan rejiminə qarşı təbliğat savaşında ciddi uğur qazanması, onun Qarabağ siyasətinə tutarlı zərbə vurmasıdır. Söhbət işğalçıya qarşı hibrid müharibəsinin elementlərindən istifadədən gedir. 
***
Məlumdur ki, az öncə üç erməni ictimai xadimi və fəalı – Vaha Avetyan, Vahan Martirosyan və Süzan Caginyan Bakıda Qarabağa dair konfransa qatılıb, Xocalı abidəsini ziyarət ediblər. Daha sonra onların da imza atdığı Azərbaycan-Ermənistan Sülh Platforması qəbul olunub. Platforma konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, iki millətin barışı əsasında həllini nəzərdə tutur və tamamilə beynəlxalq hüquqa söykənir. Eyni zamanda, erməni xalqının yeganə xilas formulu sayıla bilər.
Az sonra Süzan Caginyan Bakıda haqqin.az saytında işə qəbul edilib. Bunun ardınca Dağlıq Qarabağdakı gənc yazıçı və ictimai fəal Lusine Nersesyan, Almaniyada yaşayan miqrant Armen Virabyan, son olaraq isə Ukraynadan başqa bir erməni, sayca 6-cı erməni fəalı –  Aram Karapetyan Bakı deklarasiyasına imza atıblar. Karapetyan Qarabağ müharibəsinin fəsadlarının aradan qaldırılmasına Sərkisyan rejiminin mane olduğunu da bildirib. 
 
Image result for Süzan Caginyan
Bütün bunlar, daha doğrusu, öz xalqını daim yalanlarla yemləyən Ermənistandakı hakim klan əleyhinə start götürmüş yeni tendensiya, gözlənildiyi kimi, Sərkisyan iqtidarını və onun tərəfdarlarını bərk narahat edib. Ədalətin müdafiəsinə qalxan erməni fəallara qarşı təhdidlər və hədələr baş qaldırıb. Luzine Nersesyan Xankəndində həbs edilib – hərçənd rəsmi İrəvan bunu danır. Lakin Avropa Birliyinin Bakı ofisinin rəhbəri Malina Mardın bu həbsi pisləməsi və Sülh Platformasına dəstək ifadə eləməsi İrəvan hökuməti üçün başqa bir xoşagəlməz sürpriz olub və əks-effekt yaradıb.
***
Erməni politoloq Qaqik Qambaryanın bu xüsusda 1 inş.am saytına söylədiyi fikirlər öz-özlüyündə hər şeyi qabarıq şəkildə büruzə verir, hakim elitadakı məyus ovqatı əyani büruzə verir. Əslində isə bu başabəla politoloq mənsub olduğu dairənin öz xalqına real münasibətini oraya qoyur (Ümid edək ki, onlar çoxluqda deyil).
Qambaryan öncə Platformaya təkcə erməni toplumunda deyil, Rusiyada, başqa ölkələrdə də pozitiv reaksiya olmasından narahatlığını bildirərək deyib: “Bizim üçün sadəcə, qəribədir ki, bu platforma haqda ”Kremlin mikrofonu” Dmitri Kiselyev, Kremlə yaxın politoloq Sergey Markov fikir bildirir. Moldova İctimai Palatasının başçısı, “bədnam” (dırnaqlar bizimdir -red.) Qriqoriu Aureliya isə artıq dünəndən mövqe sərgiləyir”.
Həqiqi mənada öz xalqının rifahını və inkişafını istəyən 6 ermənini “avantürist”, “psixi xəstə”, “hakimiyyətdən inciyənlər”, “pula satılanlar” adlanrdıran, əslində isə avantürist və psixi xəstənin ən yekəsi olan Qambaryan ardınca onların fiziki məhvinə çağırış edir: “Bizim üçün vacibdir ki, buna diplomatlar deyil, Milli Təhlükəsizlik Xidməti reaksiya versin. MTX nə üçün yaradılıb ki? Bu strukturun fəaliyyətinin 90%-i belə satqınları aşkarlayıb zərərsizləşdirməkdir. Demirəm ki, onları fiziki məhv eləmək lazımdır – iş bu həddə çatarsa, onu da etməliyik… Çünki bu, artıq hibrid müharibəsidir və biz buna hazır deyilik”.
Image result for Sarkisyan
Qeyd edək ki, erməni fəalları ilə bağlı bənzər açıqlama və hədələrlə separatçı rejimin “mətbuat katibi” David Babayan da çıxış edib. Bu da təbiidir, ona görə ki, separatçı-daşnak ünsürlər sadə və vicdanlı ermənilərin Platformaya bu qədər maraq göstərməsindən əməlli-başlı təlaş keçirirlər. Çünki yaxşı bilirlər ki, Sərkisyan rejiminin yalanlarından bezən ermənilərin sayı qat-qat çoxdur.
Ermənilər doğrudan da özgə torpaqlarında xoşbəxt ola bilməyəcəklərini artıq kütləvi şəkildə anlamağa və bu torpaqları öz sahibinə qaytarmağın vaxtı çatdığını dərk etməyə başlayıblar. Təsadüfi deyil ki, Platformaya qoşulan ermənilər təkcə Dağlıq Qarabağı təmsil eləmirlər. Bu, həm də onun sübutudur ki, Qarabağdakı erməni əhali – Azərbaycan vətəndaşları daim xof altında yaşamaqdan bezib.
***
Konfliktin ədalətli həllinə dirəniş göstərən erməni-daşnak ünsürlərin qanını qaraldan daha bir hadisə Belarusla bağlı baş verməkdədir. Məlum olduğu kimi, Dağlıq Qarabağa qanunsuz səfərlər etdiyinə və separatçı rejimi təbliğ etdiyinə görə barəsində cinayət işi qaldırılan, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Belarusda həbs olunan bloqqer Aleksandr Lapşinin barəsində bu günlərdə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Azərbaycana ekstradisiyası gözlənilir. Bu, baş verərsə, separatçıların təbliğatçısı 3 ildən 5 ilə qədər həbs cəzası ala bilər.
Image result for Lapşin
Bu üzdən məsələ erməni tərəfdə, daha dəqiqi, onun rəhbərliyində ciddi təlaş yaradıb. Anlaşılandır. Lapşinin həbsi ilk presedent olmaqla başqalarını da Qarabağa qanunsuz səfərlərdən çəkindirəcək. Söz düşmüşkən, işğal altındakı ərazilərə qanunsuz səfərlərə görə cinayət işinin qaldırılması praktikasından Gürcüstan çoxdandır istifadə edir. Azərbaycan isə belələrini “qara siyahı”ya salsa da onları İnterpol xətti ilə beynəlxalq axtarışa vermək praktikasından nadir hallarda istifadə edib.
 
Lapşinin ekstradisiyası baş tutarsa (Belarus-Azərbaycan münasibətlərinin indiki səviyyəsi buna tam imkan verir. Minsk Qarabağ məsələsində də həmişə, son olaraq isə aprel döyüşləri zamanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və buna görə İrəvanın qəzəbinə gəlib, eyni zamanda Azərbaycan silah satan ölkələrdən biridir), o zaman erməni təbliğat maşınına və separatizminə növbəti zərbənin vurulduğunu deyə biləcəyik. 
 
Image result for David Babayan
Üstəlik, vurğulandığı kimi, bu, ilk belə presedent olduğundan, onun profilaktik təsiri və təbliğati əhəmiyyəti böyük olacaq. Bundan sonra işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz getmək istəyənlər bunu etməzdən qabaq iki dəfə düşünməli olacaqlar.
O ki qaldı separatçıların “mətbuat katibi” David Babayanın sayıqlamasına ki, guya bununla Belarusun beynəlxalq imici korlanacaq, tam əksinə – yaxşılaşacaq. İmici zədələnən olacaqsa da, bu – yalnız separatçıların qanunsuz rejimi olacaq. Çünki beynəlxalq qaydalar əsasında hərəkət edən, bu qaydalara sayğı göstərən bir ölkənin beynəlxalq imici zədələnə bilməz. Bunu beynəlxalq hüquqa görə “bic törəmə” sayılan bir separatçı qurumun “sözçüsü” hardan bilsin ki?
Beləcə, faktiki surətdə Azərbaycan işğalçıya ikinci qəfil aprel zərbəsi vurub. Düşmən apreldəki kimi, indi də hibrid müharibəsinin şokundadır və nə edəcəyini bilmir. Bu, eyni zamanda Ermənistana qarşı yeni cəbhənin açılması da sayıla bilər. XXI əsrdə, bəşəriyyətin qaynar müharibələrə pis baxdığı zamanda bu, az önəm kəsb eləmir və ölkəmizin Qarabağ məsələsində mövqeyini gücləndirir. 
Previous Post

İşğalçıya qarşı hibrid savaşı – Bakı yeni cəbhə açır…

Next Post

41 il meşədə yaşayan insan – FOTO

Bənzər yazılar

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb. Bu barədə Elchi.az - a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki,...

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10

Amerika Prezidenti Donald Tramp İrandakı Nətənz yaxınlığında yerləşən və ABŞ-də "Kirka" adlandırılan Kolanq Qaz-La dağı altında gizlədilən ehtimal olunan yeni...

Zaxarova Zelenskinin yalanlarından danışdı

Zaxarova Zelenskinin yalanlarından danışdı

28 İyul 2026 - 16:00

"Ukrayna lideri Volodimir Zelenski hələ hakimiyyətə gəlməzdən əvvəl Ukraynadakı münaqişəyə son qoymaq barədə yalan danışmış ola bilər". Elchi.az xəbər verir...

Tramp: İranı darmadağın edirik

Tramp: İranı darmadağın edirik

28 İyul 2026 - 10:41

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında "Siz onları məğlub etməlisiniz və biz onları pis şəkildə məhv edirik" dedi. Elchi.az...

Next Post

41 il meşədə yaşayan insan - FOTO

41 il meşədə yaşayan insan - FOTO

Son xəbərlər

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23
Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15
“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.