"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İş adamı: “Çovdarov tapançanı başıma dirəyib bir milyon istədi”

30 Noyabr 2015 - 17:01
in XƏBƏR LENTİ
FacebookVatsap

“Gömrük orqanlarında qanunsuz əməllərinin hamısını qudası Zakir adlı şəxs vasitəsi ilə həll etdi”

İş adamı, “SR” MMC-nin sahibi Roman Səfərov baş prokuror Zakir Qaralova Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun əməlləri ilə bağlı müraciət ünvanlayıb. “Report”un xəbərinə görə, iş adamı müraciətində A.Çovdarovun qanunsuz əməlləri, hərəkətləri nəticəsində külli miqdarda maddi və mənəvi ziyan vurulduğunu bildirib.

Bunu da oxuyun

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

İmişlidə avtomobilin vurduğu piyada ölüb

Müraciətdən məlum olur ki, R.Səfərov A.Çovdarovla 2010-cu ildə tanış olub. General özünə məxsus 5 hektar ərazidə istixananın qurulması və istifadəyə verilməsi üçün sifariş verib.

Müqavilə Çovdarovun həyat yoldaşının adına olan “Bəhrə 2010” MMC ilə bağlanıb.

“Müqaviləni generalın yaxın adamı Adil Yaqubov imzaladı. Bir il ərzində göstərdikləri torpaq sahəsində istixananın quraşdırılaraq istifadəyə verilməsinin qiymətini 3 078 720 manat olmaqla razılaşdıq, parnikin vaxtlı-vaxtında düzəldib təhvil verilməsi barədə öhdəlik götürdük, təsisçi və direktoru olduğum “SR” MMC ilə “Bəhrə 2010” MMC arasında müqavilə bağladıq”, – R.Səfərov bildirib.

Bundan sonra iş adamı İspaniyaya gedib. Orada 1 250 000 avroluq müqavilə imzalayıb. Müqaviləyə əsasən, İspaniyadan Azərbaycana avadanlıq gətirilib.

İş adamı Z.Qaralova ünvanladığı müraciətdə avadanlıqların ölkəyə gətirilərkən vergidən yayındığını da bildirib: “Akif Covdarov mənə bildirdi ki, imzalanmış müqavilədə istixana adı yazıldığı üçün, gömrük orqanlarında dövlət rüsumunun qiyməti çox olacaq və çox pul ödəməli olacaqlar. O dedi ki, gömrük orqanlarında dövlət rüsumunun az pul ödənilməsi üçün, həmin İspaniya Krallığından gətirmək istədiyimiz istixananı başqa adla, yəni adi metal konstruksiyası adı ilə ölkəyə gətirmək, başqa kod yazmaq lazımdır ki, istixana olduğunu bildirməyək. Mən də bununla əlaqədar, Akif Covdarov dedikləri məlumatları Raul adlı İspaniya vətəndaşına danışdım, dedim ki, qiyməti az yazsın və özünü də istixana kimi yox, başqa adla göndərsin. Raul Martinez Herrada Fernandez adlı şəxs də həmin istixananın metal konstruksiya adı ilə göndərməyə razılıq verdi, lakin qiyməti ilə bağlı razılıq vermədi, elə 1 250 000 avro qeyd edəcəyini bildirdi. Belə olan halda, mən bir hüquqşünas olaraq, ölkədə mövcud qanunvericiliyin tələblərini gözəl bildiyim üçün, Akif Covdarovun dedikləri ilə razılaşmadım və ona bildirdim ki, bununla razı deyiləm və istəsəniz həmin malı Sizin arvadınıza məxsus “Bəhrə 2010” Məhdud Məsuliyyətli Cəmiyyətin adına göndərsinlər. Lakin, o, cavabında bildirdi ki, mənim qudam, Zakir adlı şəxs gömrükdə işləyir, səlahiyyətli şəxsdir və onun vasitəsi ilə mən həmin kodları ötürəcəm İspaniya Krallığına ki, onlar digər kodla həmin malları Azərbaycana göndərsinlər. Akif Covdarov bildirdi ki, bu işlər mənlikdi, bizim üçün heç bir problem yaranmayacaq. Sonradan isə sənədlərlə tanış olduqda bizə bəlli oldu ki, Akif Covdarov nəinki malın kodunu dəyişib, hətta malların qiymətlərini də vergidən yayınmaq üçün az göstərib. Akif Çovdarovla da danışıqlarda başa düşürdüm ki, o, bu hərəkətlərin cinayət olduğunu gözəl bilirdi, lakin qorxmurdu, kiməsə, nəyəsə güvənirdi. Akif Çovdarov mənə cavabında deyirdi ki, sən hələ mənim kim olduğumu yaxşı bilmirsən, ona görə də sus, danışma və bütün bunlar hamısı mənlikdi, özüm həll edəcəm, sənə heç bir problem yaranmayacaq”.

İş adamının sözlərinə görə, Akif Covdarov və yaxınları istixanaya aid olan malları qanunsuz yollar və əməllərlə Azərbaycana gətirməklə təxminən bir milyon manat vəsaiti gömrükdən gizlətməyə nail ola bilib: “Gömrük orqanlarında olan bütün qanunsuz əməllərinin hamısını da qudası Zakir adlı şəxs vasitəsi ilə həll etdi”.

Akif Covdarov və onun yaxınları İspaniyaya əvvəlcədən 850 min avro ödəyiblər. A.Çovdarovla R.Səfərov arasında olan razılaşmaya əsasən, iş adamı ispanlara hissə-hissə 1,1 milyon avro ödəməli, sonradan isə general həmin pulu ona qaytarmalı imiş. Lakin parnikin tam təhvil verilməsinə 10 gün qalmış R.Səfərovun ofisinə qara avtomobildə adamlar gəlir. Bundan əvvəl isə A.Covdarov 050 211-81-12 mobil nömrədən ona zəng edibmiş: “Obyektiv səbəblərdən ona vaxtında cavab vermək imkanım olmamışdı. Məhz bu səbəbə görə özüm onu dərhal yığıb məsələni aydınlaşdırmaq istədim. O isə cavabında bildirdi ki, mənim telefonuma cavab vermədiyin üçün başına torba keçirdib gətizdirmək istəyirəm. Mən də ona bildirdim ki, maskalı göndərməyə ehtiyac yoxdur, hara desən bu dəqiqə gəlim. Akif Covdarov isə bildirdi ki, saat 13:00 Milli Təhlükəsizlik Nazirliyinə gəlim”.

İş adamı A.Çovdarovun MTN-dəki otağına gedərkən orada generaldan başqa iki nəfər də olub. Bunlar Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynov və R.Səfərovun həmin bələdiyyədə işləyən qohumu Telman adlı şəxs olub: “Kabinetə girən kimi, salamlaşmamış, Akif Covdarov mənə qarşı yüksək tonla aqressiv çıxışlar etməyə, hədə-qorxu gələrək çığırmağa, əxlaqsız söyüşlər söyməyə başladı, məni asacağını, tutub içəri salacağını, döydürəcəyini, lazım gəlsə şantaj edəcəyini, üzümə durduracağını bildirdi. Mənim bütün telefon danışıqlarımı onunla tanış olduğumuz, müqavilə imzaladığımız müddətdən etibarən bir il ərzində daima izlədiyini dedi, məndən 1,5 milyon manat pul tələb etdi. Mən bütün baş verənlərdən şok vəziyyətində olaraq, Akif Covdarova bildirəndə ki, nəyə görə mən ona bu məbləğdə pul verməliyəm? O da cavabında dedi ki, sənin hər şeyini, bütün varını-yoxunu, əmlaklını satdıracağam, səni içəri saldıracağam və səndən dediyim məbləğdə pulu mütləq alacağam. Mən ona deyəndə ki, hazırda mənim bu qədər pulum yoxdur. O da cavabında kəskin şəkildə mənə bildirdi ki, mənə heç bir dəxili yoxdur, haradan tapırsan-tap, sabah nahara kimi həmin məbləğdə pulu çatdırmalısan, əks halda məni tutub içəri salaçaq. Mən də ona bildirdim ki, imzalanmış müqavilə üzrə sifariş edilmiş işlər hamısı tam yekunlaşıb, sən mənə 1,1 milyon pulu ödəməmək məqsədi ilə bütün bunları edirsən? O da cavabında bildirdi ki, həmin pulu yadından çıxart, sən mənə əlavə 1,5 milyon manat ödəyəcəksən. Danışıqlarda iştirak edən Çovdarovun tanışı və mənim qohumum Telman adlı şəxs də ondan xahiş etdik ki, yəni mənim imkanım haradan idi ki, o pulu ödəyim? Bu sözdən sonra Akif Covdarov hətta mənə qarşı silah qaldırdı, tapançanı başıma tutdu və çığıraraq məni ölümlə hədələdi. Mənə bildirdi ki, sənin hər şeyini, evini-eşiyini əlindən alacağam. Mən bir daha Akif Covdarovdan qorxduğum üçün məsələnin ciddiliyini başa düşdüm və bildim ki, bu insanla ehtiyatlı olmaq lazımdır”.

A.Çovdarov növbəti gün onlarla Masazırda – “Bəhrə 2010” MMC-nin müdiri Adil Yaqubovun otağında görüşüb: “Orada Telman, Bəybala, mən və başqa iki nəfər onların işçilər var idi. Yenə də Akif Covdarov otaqda mənə qarşı çığıraraq, hədə qorxular gəldi. Lakin, həmin gün bir az soyuduğu üçün mənə guya ciddi güzəşt edərək bildirdi ki, sabah mənim son günümdü və saat 13:00-a qədər deyilən məbləğin cəmi 110 min manatı təcili şəkildə ona çatdırmalıyam. Mən ona bildirdim ki, sabah 13:00-a kimi heç cür çatdıra bilmərəm. Cavabında o, mənə bildirdi ki, “Texnika bank”da həyat yoldaşımın adına 60 min manat pul var, onu çıxart gətir. Bir də, “Range-Rover” markalı maşının, oğlunun adına BMW markalı avtomobil var, onları təcili sat, gətir mənim pulumu sabah çatdır. Bildirdim ki, axı sabaha qədər maşın satmaq qeyri-mümkündür, yəni, mən neçə belə tez satım? O da mənə qayıtdı ki, bilmirəm get özünü öldür, as ki, bilim ölmüsən, onda iş bağlansın”.

Oğlunun və özünün avtomobillərini satan iş adamı həyat yoldaşının adına olan hesabdan 60 min manatı götürüb. Beləliklə, Çovdarovun tələb etdiyi 110 min manatı ona verib. Daha sonra isə rəhbərlik etdiyi şirkətin fəaliyyətini dayandırlb.

O, Z.Qaralovdan A.Çovdarovun ona vurduğu 1,21 milyon manat pul vəsaitinin ödənilməsini təmin etməyi, həmçinin MTN-in sabiq əməkdaşının Cinayət Məcəlləsinin 179.3.2, 155, 182.3.2 və 309.2-ci maddələrinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Previous Post

İş adamı: “Çovdarov tapançanı başıma dirəyib bir milyon istədi”

Next Post

`Rusiyadan üzr istəməyəcəyik` – Davudoğlu son sözünü dedi

Bənzər yazılar

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə Elchi.az...

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14

Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu barədə Elchi.az - a AFFA-dan məlumat verilib. Qarşılaşma noyabrın 16-da...

İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az -ın məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə...

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

21 Avqust 2026 - 21:49

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Quba rayonu...

Next Post

`Rusiyadan üzr istəməyəcəyik` - Davudoğlu son sözünü dedi

`Rusiyadan üzr istəməyəcəyik` - Davudoğlu son sözünü dedi

Son xəbərlər

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

21 Avqust 2026 - 23:34
BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

21 Avqust 2026 - 23:33
Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14
İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

21 Avqust 2026 - 23:11
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

21 Avqust 2026 - 21:49
Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

21 Avqust 2026 - 21:46
Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

21 Avqust 2026 - 21:44
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 21:41
Çində qapı dizaynına görə 4,3 milyon avtomobil geri çağırılacaq

Çində qapı dizaynına görə 4,3 milyon avtomobil geri çağırılacaq

21 Avqust 2026 - 21:37
Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

21 Avqust 2026 - 19:18
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

21 Avqust 2026 - 19:07
MİQ üzrə müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 18:55
Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

21 Avqust 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.