"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“İrşad telekom” sahibinin ölümündə kriminal izi – yeni iddialar

26 Sentyabr 2018 - 19:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

İrad Hacıyevin ölümü ciddi şübhələrə yol açıb; mərhumun qurduğu biznes şəbəkə ilə bağlı da müəmmalı proseslərin getdiyi deyilir. “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi iddiası yayılıb.
Elchi.az xəbər verir ki, bu barədə məlumatı baku.ws saytı yayıb. Saytın yazdığına görə, İrad Hacıyevin intihar etməsi ilə bağlı məlumatı onlara mərhumun yaxınlarından biri verib.
Məlumatı çatdıran şəxs deyib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi iddia olunan dərman qutuları aşkarlanıb. Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğundan (BŞP) da məlumat alınıb. BŞP-dən intihar faktı təsdiqlənib, bildirilib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib. “İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir” – deyə məlumatda qeyd olunub.
“Yeni Müsavat” xəbər verir ki, 1978-ci il təvəllüdlü İrad Hacıyev dünyasını dəyişəndən sonra onun intihar etməsi xəbəri ilə yanaşı, infarktdan ölməsi xəbəri yayılıb. Son xəbərlər isə məşhur mağazalar şəbəkəsinin sahiblərindən birinin ölümündə mübhəm məqamların olduğuna dəlalət edir. Məşhur biznesmen infarktdan ölübsə, məhkəmə tibb ekspertinə bunu müəyyən etmək üçün 1 ay vaxt lazım deyil. 1 saatın içində daxili müayinə, ürəyin ətraflı yoxlanılması konkret fikir söyləməyə imkan verir. Azərbaycanda bilik səviyyəsi yüksək olan kifayət qədər məhkəmə tibb eksperti var. Yəni iş adamının infarktdan dünyasını dəyişməsi xəbərlərinin ömrü məhkəmə tibb ekspertlərinin mərhumun meyitini xarici və daxili müayinədən keçirənə qədər olmalı idi.
Bəs nə baş verib? Onu özünü öldürmə həddinə kim çatdırıb? 40 yaşında belə bir məqama çatmış iş adamı evinə çəkilib vanna otağında özünü öldürmək niyyəti ilə niyə dərman içsin ki?
Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: “İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil”.
Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: “O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin? Həm də onun maddi sıxıntısı, problemi yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.
Mərhum iş adamının qardaşının açıqlaması, göründüyü kimi, ortada olan ölümlə bağlı mübhəmlərə aydınlıq gətirmir. Əksinə, ölüm işində şübhəli məqamların olması iddialarını gücləndirir. Qardaşının dediyindən belə anlaşılır ki, İrad Hacıyev sentyabrın 16-da xaricə getməyə hazırlaşırmış. Bundan başqa, onun maddi sıxıntısı, problemi olmayıb, şirkətin işləri normal gedib, ailəsi, övladları, hər şeyi qaydasında olub. Psixologiyasına təsir edə biləcək bir şey baş verməyib. Bəs ölümün səbəbi nədir? Burada kriminal izlər varmı?
Maraqlıdır ki, baş verən olaydan sonra “İrşad Telekom”in digər sahibləri hər hansı açıqlama verməyiblər. Ən azı onlar da mövqelərini bildirə, İrad Hacıyevin işlə bağlı, bizneslə əlaqəli problemlərinin olub-olmamasına aydınlıq gətirə bilərdilər…
Qeyd edək ki, İrad Hacıyev biznes şəbəkəsini 22 yaşı olanda, 2000-ci ildə Rəşad adlı şəriki ilə yaradıb. 2007-ci ilə qədər  “İR Telecom” kimi fəaliyyətdə olan şirkət həmin ildən “İrşad Telecom” (İrşad İ.R. MMC) adı altında fəaliyyətini davam etdirməkdədir. İrşad sözünün İrad və Rəşad sözlərinin birləşməsindən yaranması haqda da xəbərlər var.  Bildirilir ki, bir müddət əvvəl şirkətdə daha bir nəfər rəhbər şəxs peyda olub. İrad Hacıyevin həmin şəxslə münasibətləri o qədər də isti olmayıb. Belə xəbərlər də var ki, 2000-ci ildən bu günə qədər şirkətin 31 mağazaya qədər böyüməsində İrad Hacıyevin böyük əməyi olub. Şirkətin bundan sonrakı dövrdə digər bir holdinqin daxilində fəaliyyəti haqda da ona təkliflər edilibmiş. Lakin İrad Hacıyev bu təklifləri qətiyyətlə rədd etməsi iddiası da var.
İrad Hacıyev
Bu və digər iddiaların nə dərəcədə doğru olmasına aydınlıq gətirmək üçün “İrşad Telecom”la əlaqə saxladıq. Suallarımızı dinləyib münasibət açıqlayacaqlarını bildirdilər. Günün sonuna qədər münasibət açıqlanmadı. Açıqlanacağı təqdirdə həmin açıqlamanı da təqdim edəcəyik.
Hadisə ilə bağlı sosial şəbəkələrdə də ən müxtəlif məlumatlar dolaşmaqdadır. Belə müzakirələrdən biri də disput.az saytında https://www.disput.az/index.php?app=forumsmodule=forumscontroller=topicid=1200810aparılmaqdadır.
“İrşad telekom” sahibi müəmmalı şəkildə ölüb” adı altında aparılan müzakirələrdə ölümlə bağlı ən müxtəlif səbəblər göstərilib. Məsələn, “Shoyla” adlı istifadəçi ehtimal edir ki, şirkət sahibinin ölümünü “peredazirovka”dan ola bilər. Bir başqa istifadəçi isə şirkət sahibinin ölümü ilə telefonların qeydiyyatının 5 manatdan 150 manata qədər bahalaşması ilə əlaqəli görür. İddia edir ki, bahalaşma təşəbbüsü ilə məhz şirkət sahibi çıxış edib və sonradan hökumət belə bir addım atıb. Bu bahalaşma ilə şirkət sahibinin ölümü arasındakı birbaşa əlaqə haqda isə hər hansı bir sübut, dəlil göstərilmir. Sadəcə, qeyd olunur ki, hazırda fiziki şəxslər telefonlarını qeydiyyatdan keçirərkən böyük məbləğlər ödəməli olduqları halda, böyük şirkətlər əvvəlki rüsumları ödəməkdədirlər.
Yenə də bu məsələ ilə İrad Hacıyevin ölümü arasındakı əlaqə haqda hər hansı bir aydınlaşdırıcı fakt, məlumat, sübut təqdim olunmur. Ümumilikdə müzakirələrdə İrad Hacıyev imkanları genişlənməkdə olan iş adamı, yaxşı ailə başçısı kimi təqdim olunur. Bu gün “belə bir şəxs, iş adamı özünü niyə öldürüb” sualı açıq olaraq qalmaqdadır.
Əlavə edək ki, Azərbaycanda iş adamlarının müəmmalı ölüm işləri zaman-zaman baş verib. Məsələn, 2015-ci il martın 11-də Bakıda, Yasamaldakı ofisində 1974-cü il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti aşkar olundu. Həmin dövrdə Fizuli Qasımova məxsus olan və Goranboyda yerləşən “Goranboy gips” şirkətinin əlindən alınmasına cəhdlər vardı. O dövrdə nəqliyyat naziri vəzifəsini tutan Ziya Məmmədovun ailə şirkəti “Garant holdinq” Fizuli Qasımovun şirkətinə sahiblənmək üçün addımlar atmışdı. Fizuli Qasımov isə şərikləri olan yaxınlarının razılığına rəğmən şirkəti təhvil vermək istəmirdi. Belə bir vaxtda Yasamaldakı ofisində onun ürəyindən atılmış güllə yarası ilə meyiti aşkar edilmişdi. 2015-ci ilin martında müəmmalı şəkildə dünyasını dəyişmiş Fizuli Qasımovun da, 2018-ci il sentyabrın 14-də yenə də müəmmalı şəkildə dünyasını dəyişən İrad Hacıyevin də ölümü ilə bağlı eyni maddə – özünü öldürmə həddinə çatdırma maddəsi ilə başlanmış cinayət işi çərçivəsində araşdırmalar aparılıb və aparılmaqdadır.
2015-ci il martın 11-də Yasamal Rayon Prokurorluğunda Fizuli Qasımovun ölümünə görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işinə bir müddət sonra  xitam verilmişdi. Səbəb sadə idi – istintaqçılar müəmmalı ölümdə cinayət tərkibi tapmamışdılar. İrad Hacıyevin ölüm işi üzrə də analoji qərarın veriləcəyi perspektivi yox deyil.
Previous Post

“İrşad telekom” sahibinin ölümündə kriminal izi – yeni iddialar

Next Post

İlk üzən günəş elektrik stansiyasının tikintisi nə vaxt yekunlaşır?

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47

Erkən nikah gənclərin təhsilinə, sağlamlığına və gələcək həyatına ciddi təsir göstərən sosial problemlərdən biridir. Bu nikahlar ailələrin sosial və psixoloji...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

08 Oktyabr 2026 - 17:26

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Yasamal Rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib. Elchi.az...

Next Post
İlk üzən günəş elektrik stansiyasının tikintisi nə vaxt yekunlaşır?

İlk üzən günəş elektrik stansiyasının tikintisi nə vaxt yekunlaşır?

İlk üzən günəş elektrik stansiyasının tikintisi nə vaxt yekunlaşır?

İlk üzən günəş elektrik stansiyasının tikintisi nə vaxt yekunlaşır?

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.