Yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu təsdiqlənib.
Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanuna əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək
Fermerlərin informasiyaya çıxışını artırmaq, qabaqcıl texnologiyanı tətbiq etmək üçün, onlar üçün lazımi məlumatların daha əlçatan olması üçün mövcud "Ektis" proqramı...





















Son şərhlər